19 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Vergilər Nazirliyinin Tədris Mərkəzində ACCA təmsilçiləri ilə görüş olub

Bakıda səfərdə olan İmtiyazlı Sertifikatlaşdırılmış Mühasiblər Assosiyasiyasının (The Association of Chartered Certified Accountants - ACCA) nümayəndələri Vergilər Nazirliyinin Tədris Mərkəzində olublar. Qarşılıqlı əməkdaşlıq münasibətlərinə həsr olunan görüşdə ACCA-nın İnkişaf etməkdə olan bazarlar üzrə direktoru Maqdalena Krupa-Hernandez, Kollektiv investisiya portfelinin rəhbəri Vera Starodubtseva, Ukrayna, Belarus və Qafqaz ölkələri üzrə rəhbəri Canetta Onisçuk, Regional İnkişaf meneceri Denis Şor ilə Tədris Mərkəzinin elmi-tədqiqat işləri üzrə rəis müavini Mirəli Kazımov və Vergilər Nazirliyinin İnsan resursları Baş İdarəsi rəisinin müavini Nərgiz Muradova iştirak edib.

Görüş zamanı indiyədək keçirilən bu cür tədbirlərin qarşılıqlı əməkdaşlığın inkişafında böyük önəm daşıdığı, kadr potensialının artırılmasının əsas prioritet istiqamətlərdən olduğu bildirilib, mövcud kadr resurslarının inkişaf etdirilməsi istiqamətində yeni mərhələyə qədəm qoyulduğu vurğulanıb. Vergi orqanları və vergi ödəyiciləri arasında münasibətlərin qarşılıqlı inama dayanması yolunda aparılan işlər çərçivəsində qarşılıqlı əməkdaşlıq şəraitində hazırlanacaq məhsul sayəsində vergi ödəyiciləri ilə vergi orqanı əməkdaşları arasında yaranacaq ortaq dilin vacibliyi məsələsinə toxunulub. Qeyd edilib ki, bu, vergi mübahisələrinin qısa zamanda həll olunmasına və vahid uçot sisteminin formalaşmasına əsaslı töhfə verəcək.

Hazırlanacaq məhsulun hüquqi statusu və əhatə dairəsi barədə görüş zamanı geniş müzakirələr aparılıb.

VergiMüharibə veteranlarına hansı vergi güzəşti tətbiq olunur? Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu?