19 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Vergilər Nazirliyində görüş keçirilib

Vergilər naziri Mikayıl Cabbarov İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Vergi siyasəti və inzibatçılığı mərkəzinin Qlobal əlaqələr və inkişaf şöbəsinin rəhbəri Ben Dikinson ilə görüşüb.

Görüşdə Azərbaycanın vergi sistemində aparılan islahatlar, vergidən yayınma ilə mübarizədə beynəlxalq vergi əməkdaşlığı və bu sahədə beynəlxalq standartların tətbiqi, həmçinin "Vergitutma bazasının aşınması və mənfəətin köçürülməsi" (BEPS) layihəsi çərçivəsində OECD və Vergilər Nazirliyi arasında əməkdaşlığın əsas istiqamətləri müzakirə edilib.

Vergilər Nazirliyinin rəhbər vəzifəli şəxslərinin də iştirak etdiyi görüşdə tərəflər arasında əməkdaşlıq, bu əlaqələrin gələcəkdə daha da inkişaf etdirilməsi məsələləri müzakirə edilib və qarşılıqlı maraq doğuran digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.

VergiVəfat edən döyüşçülərin övladlarına hansı halda vergi güzəşti verilir? VergiMüharibə veteranlarına hansı vergi güzəşti tətbiq olunur? Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü?