19 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Vergitutma sahəsində beynəlxalq koalisiyaya qoşulmaq Azərbaycanın fəaliyyət istiqamətlərini artırıb

"Azərbaycan əhəmiyyətli addım ataraq beynəlxalq vergitutma sahəsində şəffaflığa nail olmaq üçün dünyada mövcud olan koalisiyaya qoşulub". Bunu jurnalistlərə açıqlamasında İqtisad Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) vergi məsələləri üzrə əsas orqanı olan Vergi Siyasəti və İnzibatçılığı Mərkəzinin Qlobal əlaqələr və inkişaf şöbəsinin rəhbəri Ben Dikinson bildirib.

Onun sözlərinə görə, koalisiyaya qoşulmaq Azərbaycanın fəaliyyət istiqamətlərini artırıb: "Çünki irimiqyaslı transmilli şirkətlər məhz vergi rejimindən aşağı olan ölkələrdə fəaliyyətlərini cəmləşdirərək vergidən yayınma halları kimi niyyətə malikdirlər və belə səylər göstərirlər. Buna görə də Azərbaycan məhz bu sahədə mübarizənin aparıldığı beynəlxalq koalisiyaya qoşulub. Bu, çox əhəmiyyətli addımdır. Bunun faydası vergidən yayınma hallarının qarşısı alınmağa imkan verir".

Xatırladaq ki, bu gün OECD-in, Avropadaxili Vergi Adminstrasiyaları Təşkilatı (IOTA) və Vergilər Nazirliyinin birgə təşkilatçılığı ilə "Avrasiya ölkələri üçün vergitutma bazasının aşınması və mənfəətin köçürülməsi layihəsi"nə həsr olunmuş 5-ci regional iclas öz işinə başlayıb.

VergiVəfat edən döyüşçülərin övladlarına hansı halda vergi güzəşti verilir? VergiMüharibə veteranlarına hansı vergi güzəşti tətbiq olunur? Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü?