1 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
İki fərqli yerdə işləyənlərə gəlir vergisinin hesablanması

İki fərqli yerdə işləyənlərə gəlir vergisinin hesablanması

Təcrübədə rast gəlinən məsələlərdən biri də işçinin həm dövlət orqanında, həm də özəl sektorda çalışmasıdır. Özəl sektor qeyri-neft sahəsi ilə məşğul olan fəaliyyət hesab edilir. Bu məsələ ilə bağlı yaranan sullara iqtisadçı ekspert Anar Bayramov münasibət bildirib.
Vergi Məcəlləsinin 101.1-2-ci maddəsinə əsasən, iki və ya daha çox yerdə muzdla işləyən fiziki şəxslərin gəlirlərindən gəlir vergisi hər bir iş yerində ödənilən məbləğdən ayrıca hesablanır və dövlət büdcəsinə ödənilir.

Misal 1: Səməd Əliyev əsas iş yeri olan dövlət təşkilatında 400 manat, əsas iş yeri olmayan qeyri-neft özəl sektorunda isə 1.000 manat məbləğində əməkhaqqı alır. Bu halda onun dövlət sektorunda aldığı əməkhaqqından 28 manat ((400-200) x 14 faiz) gəlir vergisi tutulacaq, özəl sektorda isə gəlir vergisinə 8.000 manata qədər güzəşt olduğu üçün hesablama aparılmayacaq.

Misal 2: Səməd Əliyev neft sahəsində fəaliyyəti olmayan iki özəl şirkətdə çalışır. Əsas iş yeri olan özəl şirkətdə 5.000 manat, əlavə iş yeri olan özəl şirkətdə isə 3.500 manat əməkhaqqı alır. Göründüyü kimi, onun hər iki əməkhaqqı cəmləndikdə, 8.500 manat alınır. Lakin bu o demək deyil ki, işçi 8.000 manatlıq güzəşt limitini aşır. Çünki Vergi Məcəlləsinin tələblərinə görə, iki və ya daha çox yerdə muzdla işləyən fiziki şəxslərin gəlirlərindən gəlir vergisi hər bir iş yerində ödənilən məbləğdən ayrıca hesablandığından, misalımızdakı işçi hər bir iş yeri üzrə gəlir vergisindən tam azaddır.

Hazırladı:
Fəxriyyə İKRAMQIZI

VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu?