12 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Fiziki şəxslərin əmlak vergisinin hesablanması

2019-cu ilin ilk yarısının nəticələrinə əsasən, qeyri-neft-qaz sektorundan vergi daxilolmalarında yüksək artım qeydə alınıb. Artım mənfəət vergisi üzrə 30 faiz, əmlak vergisi üzrə isə 18 faiz təşkil edib. Qeyri-neft-qaz sektorundan vergi daxilolmalarının strukturunda əmlak vergisinin xüsusi çəkisi 2,3 faizə qalxıb. Bəs əmlak vergisi necə hesablanır? Bu vergini ödəmədikdə və ya hesabatları gecikdirdikdə hansı cərimələr tətbiq edilir?

Suallarımıza iqtisadçı ekspert Ruslan Atakişiyev aydınlıq gətirib. Vergi Məcəlləsində 1 yanvar 2016-cı il tarixdən qüvvəyə minmiş dəyişikliklərə görə, yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsinə görə fiziki şəxslər ödəmə mənbəyindən vergi verməlidirlər. 1 yanvar 2017-ci ildən isə torpaq sahəsinin təqdim olunması vergiyə cəlb olunur. Bu hallarda hallarda əmlaklar vergiyə cəlb olunmur: yaşayış yeri 5 ildən artıq fiziki şəxsin istifadəsində olarsa; hədiyyə, maddi yardım kimi ailə üzvlərinə verilərsə; dövlət ehtiyacları üçün alınarsa; nikahın pozulması zamanı əmlak keçmiş ər və arvad arasında bölünərsə; aktivlər ər və arvad arasında verildikdə.

Qalan digər hallarda yaşayış və qeyri-yaşayış sahələrinin satışı zamanı əmlakın sadələşdirilmiş vergiyə cəlb olunur və həmin vergilər ödəmə mənbəyində tutulur. Daşınmaz əmlakın satışı zamanı ödəniləcək verginin məbləğini hesablayan zaman yaşayış və ya qeyri-yaşayış sahələrinin ölçüsü nəzərə alınmalıdır. Vergi Məcəlləsinin 200.1-ci maddəsinə görə, fiziki şəxslərin təqdim etdiyi binalar üzrə əmlak vergisi əmlak sahəsinin hər kvadratmetrinə əsasən hesablanır: "Daşınmaz əmlakın satılması zamanı müqavilədə hər hansı məbləğin göstərilməsindən asılı olmayaraq, bir kvadratmetrə görə 15 manat vergi hesablanır. Sonra həmin məbləğ zona əmsalına vurularaq son məbləğ alınır. Bakı şəhərinin zona əmsalı 4 və 1,2 arasında dəyişir. Əmlaklar Gəncə, Sumqayıt, Xırdalan şəhərlərində yerləşdikdə 1,5; Abşeron rayonunun digər qəsəbə və kəndləri, eləcə də Şirvan, Mingəçevir, Naxçıvan, Lənkəran, Yevlax, Şəki və Naftalan şəhərlərində yerləşdikdə 1,2; digər şəhər və qəsəbələrdə isə 0,5 zona əmsalına vurulur. Tutaq ki, fiziki şəxs "Gənclik" metrosu yaxınlığında yerləşən sahəsi 100 kv metr olan mənzil satır. Bu zaman onun ödəyəcəyi verginin məbləği belə hesablanır: 100 x 15 = 1.500 x 1,3 (zona əmsalı) = 1.950 manat. Deməli, həmin şəxs mənzilini satarkən 1.950 manat vergi ödəməlidir.

Fiziki şəxslərin əmlak vergilərini gün ərzində alğı-satqını həyata keçirən notariuslar hesablayıb ödəmə mənbəyində tuturlar. Bəyannamələr Vergi Məcəlləsinin 150.1.9-cu 150.3-1-ci 220.8-ci maddələrinə əsasən, yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsini rəsmiləşdirən notariuslar və ya istisaslaşdırılmış hərrac təşkilatçıları tərəfindən "Daşınmaz əmlak təqdim edən şəxslərdən ödəmə mənbəyində tutulan sadələşdirilmiş verginin bəyannaməsi" ilə birlikdə təqdim olunur. Daşınmaz əmlak təqdim edən şəxslərdən ödəmə mənbəyində tutulan sadələşdirilmiş verginin bəyannaməsinin forması Vergilər Nazirliyinin saytında doldurulub təsdiq edilir və göndərilir. Həmin sənəd təqdim edilmədikdə və ya gecikdirildikdə 40 manat cərimə tətbiq edilir. Bəyannamə üzrə vergi hesablanan zaman hesablanmış məbləğ doğru göstərilmədikdə və ya ümumiyyətlə vergi hesablanmadığı hallar aşkarlandıqda, həmin məbləğin 50 faizi məbləğində cərimə tətbiq edilir. Bəyannamənin gecikdirilməsinə görə isə bəyan olunmuş vergi məbləğinin hər gecikdirilən günə görə 0,1 faizi nisbətində sanksiya hesablanır.

Fərqanə ALLAHVERDİQIZI

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?