24 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Hüquqi şəxslərin qeydiyyatı asanlaşacaq

Hüquqi şəxslərin qeydiyyatı asanlaşacaq

Ələkbər Məmmədov: e-qeydiyyat vaxt itkisini və xərcləri azaldır

Cəmiyyətimizdə maraq doğuran ciddi məsələlərdən biri biznes mühitinin yaxşılaşdırılması ilə bağlı görülən tədbirlərdir. Vergilər Nazirliyinin Dövlət qeydiyyatı və uçota nəzarət departamentinin baş direktoru Ələkbər Məmmədov Vergi Məcəlləsinə və digər qanunvericilik aktlarına dəyişiklikləri şərh edərkən bildirib ki, biznes mühitinin yaxşılaşmasına təsir edən amillərdən biri biznesə başlama prosedurlarının sadələşdirilməsidir: "Ölkəmizdə davamlı olaraq həyata keçirilən biznesə başlama prosedurlarının sadələşdirilməsi ilə bağlı islahatların nəticəsi olaraq Azərbaycan "Doing Business 2019" hesabatında "Biznesə başlama" indeksi üzrə 9-cu yerə yüksəlib. Hazırda biznes mühitinin daha da yaxşılaşdırılması ilə bağlı islahatlar davam etdirilir".

Ə.Məmmədov qeyd edib ki, bu gün hüquqi şəxslərin dövlət qeydiyyatı proseduru "bir pəncərə" sistemi ilə həm elektron formada, həm də kağız daşıyıcıda həyata keçirilir: "2018-ci ildə hüquqi şəxslərin 70 faizi elektron qaydada qeydiyyata alınıb. Hazırda hüquqi şəxslərin qeydiyyatının daha da asanlaşması üçün əlverişli mexanizm işə salınıb. Ötən ilin sonlarında Vergi Məcəlləsinə, "Hüquqi şəxslərin dövlət reyestri haqqında" Qanuna edilmiş dəyişikliklər hüquqi şəxslərin dövlət qeydiyyatı prosedurunun daha da yaxşılaşmasına imkan verəcək. Ötən ilə qədər hüquqi şəxslərin ünvanlarını təsdiq edən notarial sənəd tələb olunurdusa, artıq həmin sənəd siyahıdan çıxarılıb və hazırda sadəcə ünvanı təsdiq edən məlumat tələb olunur".
Qeyd edilib ki, yeni ildən bu sahədə ən mühüm tədbirlərdən biri hüquqi şəxsi təsis edənlərin və təmsilçinin həm gücləndirilmiş imza ilə, həm də fin-kodla təmin olunmasıdır: "Bu yeniliklər hüquqi şəxslərin elektron kabinetə daxil olaraq asan və rahat şəkildə qeydiyyata alınmasına şərait yaradır və həm vaxt itkisini, həm də xərcləri azaldır".

VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur?