12 Mart 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Mənfəət vergisi bəyannaməsinin tərtib olunması qaydasında dəyişiklik edilib

Vergi Məcəlləsinə edilmiş dəyişikliklər nəzərə alınmaqla mövcud bəyannamələr, onların əlavələri və tərtib olunması qaydaları da yenilənib

Bu yenilik vergi sahəsində aparılan islahatlardan irəli gələn məsələlərin həlli, güzəşt və azadolmaların uçotunun dəqiq aparılması, vergi nəzarətinin səmərəliliyinin artırılması, təhlil bazasının genişləndirilməsi məqsədi daşıyır. Мənfəət vergisinin bəyannaməsinin tərtib edilməsinin yeni qaydasına əsasən, bəyannamə mənfəət vergisinin ödəyicisi sayılan vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasında və onun hüdudlarından kənarda fəaliyyətləri ilə bağlı göstəricilər əks etdirilməklə tərtib olunmalıdır. Bəyannamədə Vergi Məcəlləsinin 103-cü maddəsinə və "İxrac məqsədli neft-qaz fəaliyyətinə dair xüsusi iqtisadi rejimin tətbiqi haqqında" Qanunun 3.2.1. və 3.2.2.-ci maddələri nəzərə alınmalıdır. Dövlət hakimiyyəti orqanları, büdcə təşkilatları və yerli özünüidarəetmə orqanları bu bəyannaməni yalnız sahibkarlıq fəaliyyətindən gəlir əldə etdikləri təqdirdə təqdim edirlər.

Vergi ödəyicilərinə bəyannamənin "Qeyd" yerində bəyannamə formasının tərtib edilməsi qaydaları ilə tanış olmaq, eyni zamanda tərtibat zamanı tələb edilən şərtləri nəzərə almaq tövsiyə olunur.

VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır? VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir? VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu? VergiHansı halda mikro sahibkar 75%-lik vergi güzəştindən yararlana bilməz? Vergiİxtisara düşən işçiyə ödənilən müavinətdən vergi tutulurmu? Vergiİşçinin vəfatı ilə əlaqədar onun vərəsələrinə ödənilən müavinətdən vergi və sosial ödənişlər tutulurmu? VergiPay torpağına görə nə qədər sosial ödəniş edilməlidir? Vergiİlin sonunda alınan əsas vəsaitə amortizasiya xərci hesablamaq olarmı? VergiKriptovalyuta alğı-satqısı ilə məşğul olan fiziki şəxsin vergi öhdəliyi