25 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Qəbələ şəhərində sahibkarlarla görüş keçirilib

Qəbələ şəhərində sahibkarlarla görüş keçirilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi ombudsmanı xidməti baş idarəsinin təşəbbüsü ilə 10 saylı Ərazi Vergilər İdarəsinin əhatə dairəsində fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib.

Vergi ödəyicilərinin vergi və sığorta qanunvericiliyi və inzibatçılığı sahəsində rastlaşdıqları çətinliklərin və bu istiqamətdə təkliflərinin öyrənilməsi məqsədilə keçirilmiş görüşdə kiçik, orta və iri sahibkarlıq subyektlərinin nümayəndələri iştirak ediblər.

İştirakçılara vergi ombudsmanının əsas fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib. Vergi ombudsmanı xidməti baş idarəsinin rəisi Arif Quliyev Baş idarənin yaradılmasında əsas hədəfin vergi ödəyicilərinin hüquqlarının qorunması üçün preventiv tədbirlərin görülməsi və bu sahədə səmərəliliyin artırılması olduğunu bildirib.

Görüş zamanı iştirakçılara Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsində (www.taxes.gov.az) yaradılmış “Vergi ombudsmanı” bölməsi barədə məlumat verilib. Bununla yanaşı, vergi orqanına edilən müraciətlərlə əlaqədar sahibkarlar arasında real vaxt rejimində sorğu keçirilib, əlavə interaktiv sorğular aparılıb, iştirakçılara fikirlərini anonim formada çatdırmaq imkanı yaradılıb.

Sahibkarlar vergi və sığorta qanunvericiliyi və inzibatçılığı ilə bağlı rastlaşdıqları çətinliklərlə bağlı suallarını və təkliflərini səsləndiriblər. Təkliflər və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında müzakirə olunub.

Xatırladaq ki, vergi ombudsmanı institutu vergi ödəyicilərinin hüquqlarının daha etibarlı qorunmasını təmin etmək, onların şikayət və müraciətlərinin məhkəmə müstəvisinə çıxmadan həllinə nail olmaq, qarşılıqlı münasibətlərin əməkdaşlıq formatında tənzimlənməsinə köməklik göstərmək məqsədilə 2019-cu ildə təsis edilib. 2023-cü ilin sonunda isə DVX-də Vergi ombudsmanı xidməti baş idarəsi yaradılıb. Vergi ombudsmanı xidməti baş idarəsi tərəfindən gələcəkdə də bu istiqamətdə görüşlərin davam etdirilməsi nəzərdə tutulur.

VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur?