13 Sentyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

DVX-nin nümayəndələri IOTA-nın 30-cu Baş Assambleyasının texniki sessiyasında çıxış ediblər

Macarıstanın paytaxtı Budapeşt şəhərində Avropadaxili Vergi Administrasiyaları Təşkilatının (IOTA) 30-cu Baş Assambleyasının texniki sessiyası keçirilib. “Süni intellekt və davranış anlayışlarından istifadə vasitəsilə vergi administrasiyalarına vergi uyğunluğu problemlərinin həllində dəstək göstərilməsi” mövzusunda keçirilən texniki sessiyada IOTA-ya üzv olan 30-dan çox ölkənin vergi administrasiyalarının rəhbər şəxsləri, beynəlxalq təşkilatların nümayəndələri, ekspertlər və digər qonaqlar iştirak ediblər.

“Effektiv idarəetmə üçün davranış prinsipləri” adlı sessiyada İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti rəisinin müşaviri, Strateji planlaşdırma və təşkilati risklərin idarə olunması baş idarəsinin rəisi Fərid İsayev “Təşkilati risklərin idarə edilməsində davranış prinsipləri” mövzusunda təqdimatla çıxış edib. Təqdimat zamanı davranış iqtisadiyyatının və davranış yönümlü yanaşmaların risklərin idarə olunması prosesində tətbiqi, qərarların qəbuluna insan davranışının təsiri, habelə təşkilati risklərin daha effektiv müəyyənləşdirilməsi və idarə edilməsində bu yanaşmaların rolu barədə məlumat verilib.

“Risk və davranış profilinin təyin edilməsi” adlı sessiyada isə DVX-nin Data analitika idarəsinin rəisi Roman Bandurin “Müəssisə risk balı metodologiyası: data əsaslı risk qiymətləndirməsi vasitəsilə vergi inzibatçılığının transformasiyası üçün konsepsiyanın sübutu” mövzusunda təqdimat edib. Roman Bandurin vergi ödəyicilərinin risk profilinin formalaşdırılması, məlumat əsaslı risk qiymətləndirmə modellərinin qurulması, qabaqcıl analitik alətlərdən istifadə etməklə vergi uyğunluğunun artırılması və risk əsaslı inzibatçılıq mexanizmlərinin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə iştirakçıları məlumatlandırıb.

“Proaktiv əməletmə və xidmətlərin təqdim edilməsi” mövzusunda keçirilən sessiyada Vergi ödəyicilərinə xidmət baş idarəsinin rəis müavini Maya Əliyarzadə “İstifadəçi təcrübəsi sahəsində tədqiqatların aparılması, istifadəçi təcrübəsi laboratoriyasının pilot rejimdə fəaliyyət göstərməsi, davranış yönümlü yanaşmaların tətbiqi və proaktiv, eləcə də situativ xidmətlərin inkişafı istiqamətində addımların atılması” mövzusunda çıxış edib. Maya Əliyarzadə vergi ödəyicilərinin ehtiyac və gözləntilərinin öyrənilməsi, istifadəçi təcrübəsinə əsaslanan xidmət dizaynının formalaşdırılması, rəqəmsal xidmətlərin əlçatanlığının artırılması, eləcə də proaktiv və fərdiləşdirilmiş xidmət modelinin inkişafı istiqamətində görülən işlər barədə danışıb.

Tədbir çərçivəsində vergi inzibatçılığında innovasiyaların tətbiqi, rəqəmsal transformasiya, süni intellektin vergi inzibatçılığında istifadəsi, vergi ödəyiciləri ilə münasibətlərin təkmilləşdirilməsi və digər aktual mövzularda təqdimatlar və müzakirələr aparılıb. İki gün davam edən texniki sessiya çərçivəsində iştirakçılar arasında təcrübə mübadiləsi həyata keçirilib, beynəlxalq əməkdaşlığın gücləndirilməsi istiqamətində yeni təşəbbüslər müzakirə olunub. Texniki sessiya zamanı üzv dövlətlərin və qlobal şirkətlərin innovativ texnologiyalar sahəsində nailiyyətlərindən ibarət sərgi də keçirilib.

VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır? VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi?