20 Avqust 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Dövlət Vergi Xidmətinin rəis müavini Emil Qarayev Xankəndi şəhərində vətəndaşları qəbul edəcək

Şuşa, Ağdam, Füzuli, Xocavənd, Ağdərə, Xocalı, Qubadlı, Zəngilan, Cəbrayıl, Laçın və Kəlbəcər rayonları sakinlərinin nəzərinə!

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Emil Qarayev 3 iyul 2026-cı il tarixində saat 11:00-dan etibarən Qarabağ Ərazi Vergilər Baş İdarəsinin inzibati binasında (ünvan: Xankəndi şəhəri, Üzeyir Hacıbəyli küçəsi) Şuşa, Ağdam, Füzuli, Xocavənd, Ağdərə, Xocalı, Qubadlı, Zəngilan, Cəbrayıl, Laçın və Kəlbəcər rayonları sakinlərini qəbul edəcək.

Qəbula gəlmək istəyən vətəndaşlar 18.06.2026 – 01.07.2026-cı il tarixlərində Xankəndi şəhərində yerləşən Qarabağ Ərazi Vergilər Baş İdarəsinə müraciət etməklə, eləcə də İqtisadiyyat Nazirliyinin 195-1 Çağrı Mərkəzinə zəng etməklə və ya Xidmətin [email protected] elektron poçt ünvanına yazmaqla qeydiyyatdan keçə bilərlər.

Qeydiyyatdan keçmiş vətəndaşların qəbula müraciət zamanı aidiyyəti məsələləri dolğun şəkildə ifadə edən ərizə təqdim etmələri xahiş olunur.

VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi? VergiReklam fəaliyyəti ilə məşğul olan fiziki şəxsə vergi güzəşti tətbiq edilirmi? VergiHər yeni invoys üzrə ayrıca DTA-03 ərizəsi təqdim edilməlidirmi? Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu? VergiOrta aylıq muzdlu işçi sayı hesablanarkən analıq məzuniyyətində olan işçi nəzərə alınırmı? VergiXarici fiziki şəxslərə göstərilən xidmətlərə görə əldə olunan gəlirlər hansı qaydada vergiyə cəlb edilir?