Şuşa, Ağdam, Füzuli, Xocavənd, Ağdərə, Xocalı, Qubadlı, Zəngilan, Cəbrayıl, Laçın və Kəlbəcər rayonları sakinlərinin nəzərinə!
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Emil Qarayev 3 iyul 2026-cı il tarixində saat 11:00-dan etibarən Qarabağ Ərazi Vergilər Baş İdarəsinin inzibati binasında (ünvan: Xankəndi şəhəri, Üzeyir Hacıbəyli küçəsi) Şuşa, Ağdam, Füzuli, Xocavənd, Ağdərə, Xocalı, Qubadlı, Zəngilan, Cəbrayıl, Laçın və Kəlbəcər rayonları sakinlərini qəbul edəcək.
Qəbula gəlmək istəyən vətəndaşlar 18.06.2026 – 01.07.2026-cı il tarixlərində Xankəndi şəhərində yerləşən Qarabağ Ərazi Vergilər Baş İdarəsinə müraciət etməklə, eləcə də İqtisadiyyat Nazirliyinin 195-1 Çağrı Mərkəzinə zəng etməklə və ya Xidmətin [email protected] elektron poçt ünvanına yazmaqla qeydiyyatdan keçə bilərlər.
Qeydiyyatdan keçmiş vətəndaşların qəbula müraciət zamanı aidiyyəti məsələləri dolğun şəkildə ifadə edən ərizə təqdim etmələri xahiş olunur.