26 Yanvar 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Elektron ticarətə başlamaq üçün ilk addım...

Tahir Vəliyev onlayn gəlir əldə etmək məqsədilə elektron ticarət portallarından birində qeydiyyatdan keçərək kiçik bizneslə məşğul olmaq istəyir. Qeydiyyatın tamamlanması üçün ondan VÖEN tələb edilir və o, qeydiyyatdan imtina edir. Ancaq biznesini qurmaqda israrlı olan vətəndaş bunun üçün bəzi suallara aydınlıq gətirilməsini istəyir. Bilmək istəyir ki, ilkin mərhələdə gəliri olub-olmayacağı bəlli olmayan bu işə başlamaq üçün VÖEN nə dərəcədə vacibdir? Vergi orqanında qeydiyyata alındıqdan sonra aylıq nə qədər vergi öhdəliyi yaranacaq? 

Vergilər Nazirliyindən suallara aydınlıq gətirilərək bildirilib ki, elektron ticarət fəaliyyət növü sahibkarlıq fəaliyyəti hesab edilir və vətəndaş fiziki şəxs kimi sahibkarlıq fəaliyyətinə başlayacağı günədək yaşayış yeri üzrə vergi orqanına müraciət edərək, vergi uçotuna alınmalıdır.

Vergi uçotuna alınma kağız daşıyıcısında "Fiziki şəxsin vergi uçotu haqqında ərizə" və ona əlavə olunmuş şəxsiyyəti təsdiq edən sənədin (Azərbaycan Respublikasının vətəndaşları üçün şəxsiyyət vəsiqəsi) surətinə əsasən həyata keçirilir. Kağız daşıyıcısında müraciət şəxsən və ya səlahiyyətli nümayəndənin (notarial qaydada təsdiq edilmiş etibarnamə ilə) vergi orqanına gəlməsi və ya poçt vasitəsilə edilir.

Vergi orqanına gəlmədən elektron qaydada da vergi uçotuna alına bilərsiniz. Elektron qeydiyyat gücləndirilmiş elektron imza (o cümlədən "Asan imza") əsasında İnternet Vergi İdarəsi Portalı (www.e-taxes.gov.az) vasitəsilə aparılır.

İnternet vasitəsilə əhaliyə xidmət göstərəcəyi halda, həmin şəxs sadələşdirilmiş verginin ödəyicisi kimi fəaliyyət göstərə bilər. Bu zaman ödəməli olduğu vergi əldə etdiyi gəlirlərdən xərclər çıxılmadan 2 faiz məbləğində olacaq. Xidmətin alıcısı vergi ödəyicisi kimi uçotda olan şəxslər olduqda isə sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ olmur və əldə etdiyi gəlirlərdən xərclər çıxılmaqla 20 faiz dərəcə ilə gəlir vergisi tutulur.

Nazirliyin şərhində qeyd olunub ki, vergi ödəyicisinin hesabat dövründə sahibkarlıq fəaliyyəti və ya digər vergi tutulan əməliyyatı olmadığı halda, vergi orqanına vergi hesabatının əvəzinə, hesabatın təqdim edilməsi üçün müəyyən edilmiş müddətdən gec olmayaraq, arayış təqdim edilir.

VergiDaşınmaz əmlak alan şəxslər üçün ƏDV-nin geri qaytarılması qaydaları VergiƏvvəlki tarixə ƏDV qeydiyyatı üçün müraciət etmək mümkündürmü? Vergiİşçilərə ödənilən yemək xərcinə görə gəlir vergisi tutulmalıdırmı? VergiYanlış ödənilmiş məcburi dövlət sosial sığorta məbləğinin geri qaytarılması VergiFərdi qaydada foto, audio-video xidmətləri göstərən şəxs ƏDV ödəyicisi ola bilərmi? VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiFərdi şəkildə hüquqi xidmət göstərən fiziki şəxslərin öhdəlikləri VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi?