19 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Vergilər Nazirliyinin nümayəndələri BDU-nun rəhbərliyi ilə görüşüblər

Avqustun 7-də Bakı Dövlət Universitetinin (BDU) rəhbərliyi ilə Vergilər Nazirliyinin Tədris Mərkəzinin nümayəndələri arasında görüş keçirilib.

BDU-nun rektoru Elçin Babayevin, Tədris Mərkəzinin rəisi Fərhad Əmirbəyovun, mərkəzin elmi-tədqiqat işləri üzrə rəis müavini Mirəli Kazımovun və Vergilər Nazirliyinin İnsan resursları Baş İdarəsi rəisinin müavini Nərgiz Muradovanın iştirak etdikləri görüşdə universitet ilə Vergilər Nazirliyinin Tədris Mərkəzi arasında imzalanacaq əməkdaşlıq müqaviləsinə dair fikir mübadiləsi aparılıb.

Görüş zamanı kadr və tədris hazırlığı işlərinin Vergilər Nazirliyinin prioritetlərindən olduğu qeyd edilib, BDU tələbələrinin vergi orqanlarında karyera imkanları və iş prinsipləri barədə məlumatlandırılmasının, eləcə də əməkdaşlıq çərçivəsində BDU tələbələri ilə mütəmadi görüşlərin əhəmiyyəti vurğulanıb. "Vergi hüququ" və "Vergi psixologiyası" fənlərinin tədrisinin vacibliyi qeyd edilib, BDU-da bu fənlərin tədris olunması üçün kadr potensialının olduğu və növbəti mərhələdə "Vergi hüququ" kafedrasının yaradılmasının mümkünlüyü bildirilib.

Görüşdə Vergilər Nazirliyinin Tədris Mərkəzi ilə BDU arasında qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.

VergiVəfat edən döyüşçülərin övladlarına hansı halda vergi güzəşti verilir? VergiMüharibə veteranlarına hansı vergi güzəşti tətbiq olunur? Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü?