19 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Payın alğı-satqısından əldə olunan gəlirə (mənfəətə) görə vergi azadolmaları

Vergi Məcəlləsinin 102.1.27 və 106.1.19-cu maddələrinə əsasən, vergi ödəyicisinin azı 3 (üç) il ərzində mülkiyyətində olan iştirak payının və ya səhmin təqdim edilməsindən əldə olunan gəlirlərinin 50 (əlli) faizi gəlir, həmçinin mənfəət vergisindən azaddır. 

"BSC Consulting" şirkətinin Maliyyə departamentinin rəhbəri Arzu Xəlilova mövzu ilə bağlı bildirib ki, normanın dispozisiyasından da göründüyü kimi, gəlir (mənfəət) vergisindən azadolmanın tətbiq edilməsi üçün ilkin şərt (payın və ya səhmin azı 3 (üç) il ərzində şəxsin mülkiyyətində olması) müəyyən olunub. Payın bir hissəsi ən azı 3 il, digər hissəsi isə bu müddətdən az vaxtda mülkiyyətdə olduqda, azadolma yalnız ən azı 3 il mülkiyyətdə olmuş paya tətbiq ediləcəkdir.

Misal: "C" şirkətinin nizamnamə kapitalı 1.000 manatdır. İki ildir ki, payların 60 faizi "A" adlı fiziki şəxsin mülkiyyətindədir. Şirkətin nizamnamə kapitalındakı payların qalan 40 faizi "B" adlı fiziki şəxsin mülkiyyətindədir. "A" fiziki şəxs "B" fiziki şəxsdən onun 40 faizini alir və yeganə təsisçisi olur. Bir ildən sonra "A" fiziki şəxs 100 faiz payını "D" adlı fiziki şəxsə satır. Hazırkı vəziyyətdə "A" fiziki şəxs üç ildir ki, 60 faiz paya, bir il isə 40 faiz paya sahiblik edir. Bu zaman Vergi Məcəlləsinin 102.1.27-ci maddəsinə əsasən, 1.000 manat payın alğı-satqısının 600 manatlıq hissəsinin satışı zamanı əldə olunan gəlirin 50 faizi gəlir vergisindən azad edilir, 400 manatlıq hissənin satışı zamanı əldə edilən gəlirə isə tam olaraq gəlir vergisi hesablanacaqdır.

Fəxriyyə İKRAMQIZI

VergiVəfat edən döyüşçülərin övladlarına hansı halda vergi güzəşti verilir? VergiMüharibə veteranlarına hansı vergi güzəşti tətbiq olunur? Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü?