7 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Torpaqdan istifadə hüququnun başqasına verilməsi əməliyyatları ƏDV-yə cəlb edilməyəcək

Torpaqdan istifadə hüququnun başqasına verilməsi əməliyyatları ƏDV-yə cəlb edilməyəcək VİDEO

Biznesin vergi yükünün azaldılması və sahibkarlıq fəaliyyətinin təşviqi istiqamətində Vergi Məcəlləsinə edilmiş mühüm dəyişikliklərdən biri torpaqdan istifadə hüququnun başqasına verilməsi əməliyyatının və torpaq sahələri üzrə icarə haqlarının əlavə dəyər vergisinə (ƏDV) cəlb olunmaması ilə bağlıdır.

Məlum olduğu kimi, Vergi Məcəlləsinin tələblərinə əsasən, ƏDV məqsədləri üçün torpaq həm mal sayılmır, həm də torpağa mülkiyyət hüququnun başqasına verilməsi xidmət (iş) hesab edilmir.

Fiziki şəxslər tərəfindən torpaqların icarəyə verilməsi və torpaqdan istifadə hüququnun başqasına ötürülməsindən əldə olunan gəlir qeyri-sahibkarlıq fəaliyyətindən gəlir sayıldığından bu əməliyyatların ƏDV-yə cəlb edilməməsi hər hansı sual doğurmur. Lakin hüquqi şəxslər tərəfindən torpaqdan istifadə hüququnun başqasına verilməsi əməliyyatı və torpaq icarəsinə görə əldə edilən icarə haqqı qanunvericilikdə birbaşa məhdudiyyət olmadığından ƏDV-yə cəlb edilirdi. Bu da ƏDV-nin vergitutma obyekti ilə bağlı uyğunsuzluq yaradırdı.

Həmin səbəbdən, ƏDV-nin vergitutma obyekti ilə bağlı qanunvericilik normalarının uyğunlaşdırılması məqsədilə, hüquqi şəxslər tərəfindən də torpaqdan istifadə hüququnun başqasına verilməsi əməliyyatının və torpaq icarəsinin ƏDV-yə cəlb olunmaması barədə Vergi Məcəlləsinə dəyişiklik edilib.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?