23 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Hüquqi şəxslərin balansında olan torpaq sahəsinin satışı vergiyə necə cəlb edilir?

Hüquqi şəxslərin balansında olan torpaq sahəsinin satışı vergiyə necə cəlb edilir?

Vergi Məcəlləsinin 108.1-ci maddəsinə əsasən, gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. Gəlirdən çıxılan xərclər qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirilməlidir, əks halda rəsmiləşdirilməyən xərclərin gəlirdən çıxılmasına yol verilmir. Bəs bu zaman hüquqi şəxslər balansında olan torpaq səhəsini satarkən vergini necə hesablayıb ödəməlidirlər? 

Mövzu ilə bağlı “vergiler.az”ın sualına iqtisadçı-ekspert Mahmud Abasquliyev aydınlıq gətirir:

Fərdi sahibkarlar balansında olan torpaqlarını satan zaman Vergi Məcəlləsinin 218.4.5-ci maddəsinə əsaslanaraq torpağın təyinatı və ölçüsünə (kv.m. və ya ha) uyğun olaraq hesablama aparır və sadələşdirilmiş vergini ödəyirlər. Hüquqi şəxslər isə balansında olan torpaqları satan zaman mənfəət vergisi bəyannaməsində gəlirdən xərci çıxdıqdan sonra mənfəət vergisini ödəyirlər.

Misal: "MR" şirkəti balansında olan 100.000 manatlıq 7 ha torpaq sahəsini digər vergi ödəyicisinə 170.000 manata satıb. Bu zaman şirkət 14.000 manat mənfəət vergisi ödəyəcək:

170.000 -100.000 = 70.000 manat;
70.000 x 20% = 14.000 manat.

Əlavə olaraq bildirək ki, Vergi Məcəlləsinin 13.2.8-ci maddəsinə əsasən, torpaq satışı ƏDV məqsədləri üçün mal sayılmadığından, elektron qaimə-fakturada ƏDV-yə cəlb edilməyən xanada müvafiq qeyd apardıqdan sonra müəssisə ƏDV bəyannaməsində 170.000 manatı bu maddənin Əlavə 3 bölməsinin ƏDV-yə cəlb edilməyən əməliyyatlar hissəsinin 336-cı xanasında bəyan edərək Dövlət Vergi Xidmətinə təqdim edəcək.

Onu da xatırladaq ki, torpağın satışı, fiziki və ya hüquqi şəxslər olmasından asılı olmayaraq, notarial qaydada həyata keçirilməlidir.

VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur?