23 İyun 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Vergi ödəyiciləri və qeyri-hökümət təşkilatları ilə görüş keçirilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində qeydiyyatda olan vergi ödəyiciləri ilə görüş keçirilib. Görüşdə DVX-nin Vergi ombudsmanı xidməti baş idarəsinin rəisi Arif Quliyev, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin nümayəndəsi Ülkər Süleymanova və bir sıra QHT-lərin rəhbərləri iştirak ediblər.

Görüşün keçirilməsində məqsəd vergi ödəyicilərinin hüquqlarının qorunması, pozulmuş hüquqların bərpası, vergi ödəyiciləri tərəfindən verilmiş şikayətlərin yaranma səbəblərinin araşdırılması, korrupsiyaya qarşı mübarizə istiqamətində fəaliyyət və vergi ödəyicilərinin təkliflərinə əsasən təşviqedici paketlərin hazırlanması olub. DVX-nin baş idarə rəisi Arif Quliyev bildirib ki, vergi ombudsmanı vergi ödəyicilərinin hüquqlarını qoruyan struktur modelidir. İnkişaf etmiş ölkələrin təcrübəsi nəzərə alınmaqla, 2019-cu ildə Azərbaycanda ilk dəfə vergi ombudsmanı institutu təsis olunub. 2023-cü ilin sonunda isə DVX-də Vergi ombudsmanı xidməti baş idarəsi yaradılıb. Baş idarənin yaradılmasında başlıca hədəf vergi ödəyicilərinin hüquqların qorunması üçün preventiv tədbirlərin görülməsi və bu sahədə səmərəliliyin artırılmasıdır.

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin nümayəndəsi Ülkər Süleymanova korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən tədbirlərin davam etdirilməsinin, normativ hüquqi bazanın və institusional mexanizmlərin təkmilləşdirilməsinin vacibliyini diqqətə çatdırıb. Bildirib ki, korrupsiyaya qarşi mübarizə üzrə QHT-lərin yeni təşəbbüsləri dövlət orqanlarının fəaliyyətində şəffaflığın təmin olunmasına xidmət edir.

Tədbirdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.

VergiDaşınmaz əmlakın icarəsindən əldə edilən gəlirdən sosial ödənişlər tutulurmu? VergiNaxçıvandakı rezidentlər xammal idxalı zamanı ƏDV-dən azad edilirmi? VergiBalıqyetişdirmə müəssisəsinə hansı vergi güzəştləri verilir? VergiUzunmüddətli debitor borclar gəlirdən çıxılan xərclərə aid edilirmi? VergiRəqəmsal və İT xidmətləri ƏDV-yə cəlb olunurmu? VergiHansı halda 3 işçisi olan fərdi sahibkara vergi güzəşti tətbiq olunur? Vergiİki faizlik məhdudiyyət alış aktı və NKA çeki üzrə xərclərə ayrı-ayrılıqda, yoxsa birlikdə tətbiq olunur? VergiHəyat yoldaşı pensiyaçı olan əmlak sahibinə vergi güzəşti verilirmi? VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir? VergiHüquqi şəxsin ləğv edilməsi prosesi necə həyata keçirilir?