14 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

DVX rəisi IOTA-nın 5-ci İllik Beynəlxalq Konfransında iştirak edib

Avropadaxili Vergi Administrasiyaları Təşkilatının (IOTA) prezidenti, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) rəisi Orxan Nəzərli IOTA-nın Roma şəhərində keçirilmiş 5-ci İllik Beynəlxalq Konfransında iştirak edib.

Tədbirdə çıxış edən DVX rəisi vergi orqanları arasında əməkdaşlığın gücləndirilməsi istiqamətində quruma üzv ölkələrin təşəbbüsləri, biznes mühitinin təkmilləşdirilməsi üçün təcrübə mübadiləsinin əhəmiyyəti barədə fikirlərini bölüşüb. Orxan Nəzərli elektron-qaimə faktura sisteminin tətbiqinin yaratdığı üstünlüklər, rəqəmsal transformasiyanın vergi orqanlarında hesabatlılığın artırılmasına verdiyi töhfələr barədə danışıb və ölkəmizdə bu sahədə həyata keçirilən islahatların əhəmiyyətini vurğulayıb. Bundan əlavə, noyabr ayında Bakı şəhərində keçiriləcək COP29 tədbiri barədə konfrans iştirakçılarına məlumat verilib.

Təşkilatın icraçı katibi Aliks Perrinyon IOTA-nın vergi administrasiyalarının səmərəli əməkdaşlığında rolu və üzv ölkələrin aktiv təmsilçiliyi barədə fikirlər səsləndirib. Aliks Perrinyon rəqəmsal hesabatın tətbiqini zəruri edən hallar və bu sahədə perspektivlər barədə məlumat verib.

Konfrans zamanı “Rəqəmsal Hesabatın Tətbiqi və Elektron faktura: Beynəlxalq Perspektiv” mövzusunda 8 sessiya keçirilib. Sessiyalar çərçivəsində biznes sahəsində rəqəmsal hesabatların tətbiqi öhdəliklərinin perspektivləri, vergidən yayınma ilə mübarizədə elektron mexanizmlərin effektivliyi, elektron qaimə-faktura əsasında rəqəmsal hesabat proseslərinin qiymətləndirilməsi mövzuları müzakirə edilib. Konfrans zamanı qeyd olunan məsələlərlə bağlı müxtəlif ölkələrin təcrübələri təqdim olunub və vergi orqanları ilə biznes arasında informasiya mübadiləsini artırmaq üçün müxtəlif yanaşmalar, rəqəmsal hesabatların və e-qaimə-fakturaların tətbiqi üzrə qlobal təcrübələr, texnologiya şirkətlərinin prosesdə iştirakı məsələləri, faktura məlumatlarının paylaşılmasına yanaşmalar diqqətdə saxlanılıb.

Tədbirdə DVX-nın rəis müavini Emil Qarayev “Elektron faktura və ƏDV ödəniş sistemi” mövzusunda təqdimatla çıxış edib. Təqdimat zamanı ölkəmizin vergi sistemində ƏDV ekosisteminin rəqəmsal transformasiyası və elektron alətlər, o cümlədən ƏDV depozit hesabı, elektron hesab-faktura və e-qaimələrin tətbiqi barədə məlumat verilib, rəqəmsal vergi inzibatçılığında süni intellekt modullarından istifadə imkanları diqqətə çatdırılıb.

Tədbir çərçivəsində DVX rəisi, IOTA Prezidenti Orxan Nəzərli İtaliya Gəlir Agentliyinin nümayəndələri ilə görüşüb. Görüş zamanı İtaliya Gəlirlər Agentliyi ilə DVX arasında mövcud əməkdaşlıq məsələləri müzakirə edilib, əlaqələrin inkişafı barədə fikir mübadiləsi aparılıb.

VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu?