13 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Kassa çeklərini tələb etmək hər kəsin vətəndaşlıq məsuliyyətinə çevrilməlidir

Ticarət obyeklərində alğı-satqı zamanı kassa çeklərinin vurulması dövlətin, eləcə də hər bir vətəndaşın maraqlarını ifadə edir və bu məsələdə vətəndaşlardan ciddi fəallıq tələb olunur. Məsələnin digər tərəfi isə iri ticarət şəbəkələrində, ictimai iaşə obyeklərində müştərilərə təqdim olunan çeklərin kassa çeki olub-olmaması ilə bağlıdır. Bir çox iri ticarət şəbəkələri, restoran və kafelər alıcılara kassa çeki əvəzinə "barkod" təqdim edirlər. 

"Barkod"un çekdən fərqi

Ticarət və ictimai iaşə obyeklərində nağd alış-verişlərin rəsmiləşdirilməsinin yeganə vasitəsisi olan kassa çekləri ilk növbədə vətəndaşların hüquqlarının təmin olunması üçün əsas verir. Əgər alıcılar aldıqları maldan və ya xidmətdən narazı qalarlarsa, hüquqlarının bərpası üçün müvafiq orqanlara müraciət edə bilərlər. Bu zaman onlara yalnız kassa çekləri yardım edə bilər. Alıcılara çek adı ilə təqdim edilən "barkod"ların isə heç bir hüquqi əsası yoxdur. Bəs onları kassa çekindən neçə fərqləndirmək olar?

Vergi Məcəlləsinin 50.7-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində nağd pul hesablaşmaları aparan vergi ödəyiciləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada nəzarət-kassa aparatları vasitəsilə belə hesablaşmaları həyata keçirməlidirlər. Məcəllənin 50.8-ci maddəsinə əsasən, nəzarət-kassa aparatının çeklərində aşağıdakı məlumatlar olmalıdır:

  • vergi ödəyicisinin adı;
  • VÖEN-i;
  • çekin vurulması tarixi və saatı;
  • təsərrüfat subyektinin (obyektinin) adı, vergi orqanındakı uçot kodu və yerləşdiyi ünvan;
  • malın və ya xidmətin (işin) adı, ölçü vahidi, miqdarı, bir vahidinin qiyməti və yekun məbləğ (o cümlədən ƏDV-nin və ya sadələşdirilmiş verginin məbləği);
  • gün ərzində vurulmuş çeklərin sayı və nömrəsi;
  • nəzarət-kassa aparatının markası və zavod nömrəsi;
  • nəzarət-kassa aparatının fiskal rejiminin nişanı (əlaməti);
  • malın sürətli məlumat kodu (Quick Response Code).

Bir çox ticarət şəbəkələrində alıcılara təqdim edilən "barkod"larda isə yalnız müəssisənin adı, alınan malların siyahısı və vurulma tarixi göstərilir. Malları geri qaytarmaq istədikdə və ya digər başqa narazılıqlar olduqda isə həmin kağızlar işə yaramır.

Digər tərəfdən, kassa çeklərinin üzərində alıcıların ödədiyi ƏDV məbləğləri də göstərilir. Vergi Məcəlləsinə edilən son dəyişikliklərə görə, vətəndaşlar nağd qaydada ödədikləri ƏDV-nin 10 faizini, kartlarla ödədikdə isə 15 faizini geri ala biləcəklər. Bu da məhz kassa çekləri vasitəsilə mümkün olacaq. Ona görə də alıcılara kassa çeklərini tələb etmək tövsiyə olunur.

Fərqanə ALLAHVERDİQIZI

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?