"Barkod"un çekdən fərqi
Ticarət və ictimai iaşə obyeklərində nağd alış-verişlərin rəsmiləşdirilməsinin yeganə vasitəsisi olan kassa çekləri ilk növbədə vətəndaşların hüquqlarının təmin olunması üçün əsas verir. Əgər alıcılar aldıqları maldan və ya xidmətdən narazı qalarlarsa, hüquqlarının bərpası üçün müvafiq orqanlara müraciət edə bilərlər. Bu zaman onlara yalnız kassa çekləri yardım edə bilər. Alıcılara çek adı ilə təqdim edilən "barkod"ların isə heç bir hüquqi əsası yoxdur. Bəs onları kassa çekindən neçə fərqləndirmək olar?
Vergi Məcəlləsinin 50.7-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində nağd pul hesablaşmaları aparan vergi ödəyiciləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada nəzarət-kassa aparatları vasitəsilə belə hesablaşmaları həyata keçirməlidirlər. Məcəllənin 50.8-ci maddəsinə əsasən, nəzarət-kassa aparatının çeklərində aşağıdakı məlumatlar olmalıdır:
Bir çox ticarət şəbəkələrində alıcılara təqdim edilən "barkod"larda isə yalnız müəssisənin adı, alınan malların siyahısı və vurulma tarixi göstərilir. Malları geri qaytarmaq istədikdə və ya digər başqa narazılıqlar olduqda isə həmin kağızlar işə yaramır.
Digər tərəfdən, kassa çeklərinin üzərində alıcıların ödədiyi ƏDV məbləğləri də göstərilir. Vergi Məcəlləsinə edilən son dəyişikliklərə görə, vətəndaşlar nağd qaydada ödədikləri ƏDV-nin 10 faizini, kartlarla ödədikdə isə 15 faizini geri ala biləcəklər. Bu da məhz kassa çekləri vasitəsilə mümkün olacaq. Ona görə də alıcılara kassa çeklərini tələb etmək tövsiyə olunur.
Fərqanə ALLAHVERDİQIZI