7 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
COP29-la bağlı vergi güzəştləri tətbiq olunur

COP29-la bağlı vergi güzəştləri tətbiq olunur VİDEO

Məlum olduğu kimi, Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) bu il Azərbaycanda keçiriləcək.

Tədbir çərçivəsində qeyri-rezidentlərin fəaliyyətinə münasibətdə vergi güzəştlərinin müəyyənləşdirilməsi məqsədilə Vergi Məcəlləsinə 21 may 2024-cü il tarixli Qanunla dəyişikliklər edilib.

Belə ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) müvafiq təsdiqedici sənədi əsasında COP29 tədbiri çərçivəsində malların təqdim edilməsinə, işlərin görülməsinə və xidmətlərin göstərilməsinə cəlb olunmuş qeyri-rezident fiziki şəxslərin gəlirləri 2024-cü il martın 1-dən 9 ay müddətinə gəlir vergisindən azad olunub. Bundan başqa, ETSN-nin təsdiqedici sənədi əsasında COP29 tədbiri çərçivəsində qeyri-rezident hüquqi şəxslər tərəfindən işlərin görülməsindən və xidmətlərin göstərilməsindən əldə olunan gəlirlər, habelə qeyri-maddi aktivlər üzərində müəllif hüquqlarından istifadəyə, yaxud istifadə hüquqlarının verilməsinə görə ETSN ilə bağlanılmış müqavilə əsasında həmin qurum tərəfindən qeyri-rezident hüquqi şəxsə ödənilən royalti gəlirləri 2024-cü il martın 1-dən 9 ay müddətinə mənfəət vergisindən azad edilib. COP29 tədbirinin Azərbaycanda keçirilməsi ilə əlaqədar ETSN ilə bağlanılmış müqaviləyə əsasən qeyri-rezident şəxslər tərəfindən işlərin görülməsi və xidmətlərin göstərilməsi, eləcə də həmin Nazirliyin təsdiqedici sənədi əsasında malların idxalı da 2024-cü il martın 1-dən 9 ay müddətinə ƏDV-dən azaddır.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?