19 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Ümummilli Liderin xatirəsinə həsr olunmuş intellektual turnirin ikinci yarımfinal mərhələsi keçirilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində (DVX) ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Nə? Harada? Nə zaman?” intellektual oyunları üzə turnirin ikinci yarımfinal mərhələsi keçirilib.

Turnirin ikinci mərhələsinin açılışında çıxış edən DVX rəisinin müşaviri, Vergi ödəyicilərinə xidmət baş idarəsinin rəisi, turnirin münsiflər heyətinin sədri Elçin Məmmədov bilik yarışına yüksək marağın olduğunu bildirib. Qeyd olunub ki, “Nə? Harada? Nə zaman?” intellektual oyunları daim Azərbaycanda populyar turnirlərdən biridir və belə oyunlar əməkdaşların bilik, erudisiya, dünyagörüşü və məntiqi düşünmə bacarıqlarının artırılması baxımından da böyük əhəmiyyətə malikdir.

Turnirin ikinci mərhələsinə 22 komanda qatılıb. 6 raunddan ibarət oyunda iştirakçılar müxtəlif mövzulara həsr edilmiş suallara cavab tapmağa çalışıblar. Hər raundun sonunda cavablar xüsusi məlumat formasında təhvil verilib. Düzgün cavablar turnirin münsiflər heyəti tərəfindən qiymətləndirilib. İkinci yarımfinal mərhələsində uğurlu nəticə göstərmiş 11 komanda növbəti mərhələdə iştirak üçün vəsiqə qazanıb.

“Nə? Harada? Nə zaman?” intellektual turnirinin final mərhələsi may ayında keçiriləcək.

VergiVəfat edən döyüşçülərin övladlarına hansı halda vergi güzəşti verilir? VergiMüharibə veteranlarına hansı vergi güzəşti tətbiq olunur? Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü?