8 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Faktorinq şirkətinin gəlirləri üzrə ƏDV öhdəliyi yaranırmı?

“A” şirkəti müştəriyə 500 manat dəyərində məhsulu faktorinq şirkəti vasitəsilə satıb. Belə ki, faktorinq şirkəti “A” şirkətinə öncədən razılaşma əsasında 400 manat köçürüb. Müştəri hissə-hissə olmaqla 12 ay ərzində faktorinq şirkətinə 500 manat köcürüb. Yekunda faktorinq şirkətinin 100 AZN gəliri formalaşıb. Belə halda, faktorinq şirkətinin bu gəliri üzrə ƏDV öhdəliyi yaranırmı?
 

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, müştərilərin depozitlərinin və hesablarının idarə edilməsi, tədiyyələr, köçürmələr, borc öhdəlikləri və tədiyyə vasitələri ilə bağlı əməliyyatlar maliyyə xidmətlərinə aid edilib. Vergi Məcəlləsinin 164.1.2-ci maddəsinə əsasən, maliyyə xidmətlərinin göstərilməsindən ƏDV tutulmur.

Bununla yanaşı, qanunvericiliyə əsasən, faktorinq pul tələbinin güzəşt edilməsi müqabilində maliyyələşdirmədir. Faktorinq xidməti üzrə əldə olunan gəlirlərdən Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada gəlirin əldə olunması ilə bağlı çəkilən xərclər və icbari ödənişlər çıxıldıqdan sonra qalan məbləğdən mənfəət vergisi hesablanıb dövlət büdcəsinə ödənilir.

Qeyd edək ki, həmin fəaliyyət növü üzrə xüsusi icazə və ya lisenziyaların alınması ilə bağlı aidiyyəti üzrə İqtisadiyyat Nazirliyinə (195-1) müraciət edilməsi tövsiyə olunur.

Əsas: Vergi Məcəlləsinin 13.2.14.2-ci, 104.1-ci, 164.1.2-ci və Mülki Məcəllənin 655-ci maddələri

VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri VergiOfisiantların sosial ödənişləri VergiEhtiyat hissənin dəyəri tam şəkildə gəlirdən çıxıla bilərmi? VergiVÖEN-i necə aktivləşdirmək olar?