27 Avqust 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Nicat İmanov: “Əsas hədəfimiz etibarlı vergi qurumuna çevrilməkdir”

“Dövlət Vergi Xidmətinin əsas məqsədi dövlət büdcəsinin xərclərini qarşılamağa imkan verən vergi siyasəti tədbirlərini həyata keçirmək, biznes fəaliyyətini stimullaşdırmaqdır”.

Bu fikri İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi siyasəti baş idarəsinin rəisi Nicat İmanov "Vergi və Mühasibatlıq Zirvəsi 2024" platformasındakı çıxışında səsləndirib. Onun sözlərinə görə, biznes fəaliyyətinin stimullaşdırılması öncə biznesin böyüməsinə xidmət edir: “Dayanıqlı vergi mühiti dayanıqlı iqtisadiyyatın və inkişaf edən cəmiyyətin formalaşmasına əsas verir. Bizim əsas məqsədimiz sahibkarların daha da böyüməsi, kiçik və orta sahibkarların sayının artırılmasıdır. Sahibkar düşünməlidir ki, o böyüdükcə onun vergi yükü azalır. Buna imkan verən növbəti hədəfləri həyata keçirməyi planlaşdırırıq. Eyni zamanda, biznesin şəffaflığını təmin edən, gəlir və xərclərin uçotunu aparmağa imkan verən metodları təşviq etməyi nəzərdə tuturuq. Dövlətin əsas məqsədi həm də biznes subyektlərinin maliyyə resurslarına əlçatanlığını təmin etməkdir. Onların artıq ödəmələrinin surətli şəkildə geri qaytarılması, depozit qalıqlarının müxtəlif istiqamətlərə sərf edilməsi ilə bağlı imkanların genişləndirilməsi kimi hədəflər qarşıya qoyulub".

N.İmanov əlavə edib ki, iqtisadiyyatın genişlənməsi və böyüməsində verginin şəffaflığı, vergi siyasətinin rolu az deyil: “Vergi təkcə fiskal əhəmiyyət daşımır, eyni zamanda iqtisadiyyatın tənzimlənməsində mühüm alət kimi çıxış edir. Biz qarşıdakı dövrdə də vergi yığımı ilə yanaşı, sürətli inzibatçılığın qurulmasına, vergi qanunvericiliyinə əməl edən sahibkarların dəstəklənməsini davam etməyə, vergidən yayınma, qanunsuz vergi üstünlüyü əldə edilməsi və bununla vətəndaş cəmiyyətinə, biznes mühitinə zərər vurulmasının qarşısının alınmasına köklənmişik”.

Şəffaflığın düzgün hesabatdan başladığını vurğulayan N.İmanov hesabatların, düzgün əməliyyatların, onların rəsmiləşdirilməsinin dayanıqlı iqtisadiyyatın formalaşmasına, eyni zamanda dövlət-biznes münasibətlərində qarşılıqlı etimadın yüksəlməsinə imkan verəcəyini deyib:

“Bizim əsas hədəf baxışımız etibarlı vergi qurumuna çevrilmək, eyni zamanda, daim müasir olmaqla vergilərin könüllü şəkildə yığılmasını təmin etməkdir. Buna gedən yol isə şəffaflıqdan, vergi mədəniyyətinin və vərdişlərin formalaşmasından keçir”.

VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır? VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi? VergiReklam fəaliyyəti ilə məşğul olan fiziki şəxsə vergi güzəşti tətbiq edilirmi? VergiHər yeni invoys üzrə ayrıca DTA-03 ərizəsi təqdim edilməlidirmi?