3 Mart 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Vətəndaşların müraciətlərinə fərdi qaydada yanaşılır

2019-cu ilin 1-ci yarım ili ərzində vergi orqanlarına 137.569 müraciət daxil olub ki, bunların da 93,5 faizi ərizə, 6,4 faizi şikayət, 0,1 faizi təklifdir. Müraciətlərin 80,8 faizi tam, 0,2 faizi qismən müsbət həll olunub, 17,4 faizi barədə müvafiq izahatlar verilib, qalanları üzrə müvafiq tədbirlər görülüb.

Daxil olmuş müraciətlərin 51,7 faizi müxtəlif arayışların alınması, 17,3 faizi kameral vergi yoxlamaları, 13 faizi sosial sığorta ödənişləri, 7,8 faizi vergi borcları, qalanları isə digər məsələləri əhatə edib. Hesabat dövründə vergi orqanlarına daxil olmuş bütün müraciətlər qanunvericilikdə nəzərdə tutulmuş müddətlərdə icra olunub.

2019-cu ilin ilk yarımilliyində vergi orqanlarının aidiyyəti struktur bölmələrinin rəhbərləri və digər vəzifəli şəxsləri tərəfindən ümumilikdə 3.513 vətəndaş qəbul edilib. Qəbul zamanı hər bir vətəndaşın müraciətinə fərdi qaydada yanaşılıb, onların qanuni tələblərinin müsbət həll olunması üçün lazımi tədbirlər görülüb, həlli imkan xaricində olan məsələlərlə bağlı qanunamüvafiq izahatlar verilib.

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2019-cu ildə respublikanın şəhər və rayonlarında vətəndaşların qəbulu qrafikinə əsasən, Vergilər naziri və onun müavinləri tərəfindən 6 rayonda vətəndaşların səyyar qəbulu keçirilib və həmin qəbullarda 42 rayondan olan vətəndaşlar iştirak ediblər.

VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu? VergiHansı halda mikro sahibkar 75%-lik vergi güzəştindən yararlana bilməz? Vergiİxtisara düşən işçiyə ödənilən müavinətdən vergi tutulurmu? Vergiİşçinin vəfatı ilə əlaqədar onun vərəsələrinə ödənilən müavinətdən vergi və sosial ödənişlər tutulurmu? VergiPay torpağına görə nə qədər sosial ödəniş edilməlidir? Vergiİlin sonunda alınan əsas vəsaitə amortizasiya xərci hesablamaq olarmı? VergiKriptovalyuta alğı-satqısı ilə məşğul olan fiziki şəxsin vergi öhdəliyi Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu? VergiVergi ödəyicisi eyni vaxtda bir neçə güzəştdən yararlana bilərmi? Vergiİstifadə olunmayan əsas vəsaitlərə görə əmlak vergisi hesablanmalıdırmı?