6 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Dövlət vergi orqanlarında çalışan qadınların uğurlu göstəricilərin əldə olunmasında rolu

“Dövlət quruculuğunun bütün mərhələlərində xüsusi xidmətləri olan Azərbaycan qadınları ölkəmizdə ictimai-siyasi sabitliyin və əmin-amanlığın qorunması, milli dövlətçiliyimizin daha da möhkəmlənməsi üçün böyük əzmlə çalışırlar”.

Heydər ƏLİYEV

Zamanında Azərbaycan qadınının ölkə həyatında fəal iştirakına ən böyük dəstəyi məhz ümummilli lider Heydər Əliyev göstərib. Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevin məqsədyönlü fəaliyyəti nəticəsində, cəmiyyət həyatının bütün sferalarında olduğu kimi, gender bərabərliyi sahəsində də böyük nailiyyətlər əldə olunub. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın çoxşaxəli fəaliyyəti, irəli sürdüyü təşəbbüslər və reallaşdırdığı layihələr qadınların hüquqlarının qorunması və ictimai-siyasi fəallığının yüksəldilməsi baxımından müstəsna önəm daşıyır. Bu münasibətlər sayəsində çağdaş Azərbaycan qadını, ana olmaqla yanaşı, həm də bacarıqlı siyasətçi, iş adamı və dövlət məmuru kimi, cəmiyyət həyatının bütün sahələrində ön sıralarda fəaliyyət göstərir.

Ölkəmizin davamlı inkişafı naminə töhfələrini əsirgəməyən qadınların iqtisadi sahədə də fəallığı dinamik sürətlə artır. Qürur hissi ilə deyə bilərik ki, bu gün vergi orqanlarında çalışan xanımlarımız ən müxtəlif və mürəkkəb vəzifələrin öhdəsindən layiqincə gələ bilirlər. Rəhbərliyin göstərdiyi yüksək diqqət və etimad sayəsində Dövlət Vergi Xidmətinin Mərkəzi Aparatında və yerli strukturlarda yüksək vəzifələrdə çalışan xanımlarımızın sayı getdikcə artır.

Ölkəmizin davamlı inkişafı naminə töhfələrini əsirgəməyən
qadınların iqtisadi sahədə də fəallığı dinamik sürətlə artır

Uğurla davam etdirilən kadr siyasəti müasir bilik və bacarıqlara malik dövlət qulluqçularının formalaşmasına möhkəm zəminlər yaradır. Dövlət Vergi Xidməti ölkənin büdcə gəlirlərinin formalaşması, iqtisadi inkişafın təmin edilməsi, sahibkarlığın dəstəklənməsi prosesində daha məhsuldar və səmərəli iştirak edir. 2023-cü ildə Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə vergi daxilolmalarının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə artaraq 16.126,7 milyon manat olub ki, bu da proqnozun 110,8%-dir. Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları isə ötən ilin müvafiq dövrü ilə müqayisədə artaraq 9.707,8 milyon manat təşkil edir. Bu, ümumi vergi daxilolmalarının 60,2%-dir. Ümumilikdə isə ötən il Dövlət Vergi Xidmətinin xətti ilə fiskal daxilolmaların həcmi 22.445,3 milyon manat təşkil edib ki, bu da büdcənin gəlir hissəsinin təxminən 63%-nə bərabərdir. Bu uğurlu nəticələrin ərsəyə gəlməsində vergi orqanlarında çalışan xanım əməkdaşların rolu danılmazdır. Dövlət vergi orqanlarında çalışan qadın mütəxəssislər həm praktiki, həm də elmi-nəzəri baxımdan ümumi işə mühüm töhfə verir, uğurlu göstəricilərin əldə olunmasında fəal iştirak edirlər.

Dövlət vergi orqanlarında çalışan qadın mütəxəssislər həm praktiki,
həm də elmi-nəzəri baxımdan ümumi işə mühüm töhfə verir,
uğurlu göstəricilərin əldə olunmasında fəal iştirak edirlər

İqtisadiyyat Nazirliyi, o cümlədən Dövlət Vergi Xidmətində gənc kadrların peşəkarlıq səviyyəsinin inkişaf etdirilməsi üçün zəruri tədbirlər görülür, bu məqsədlə müxtəlif proqramlar, layihələr, məqsədyönlü tədbirlər həyata keçirilir. İnsan resursları ilə bağlı aparılan siyasətin əsas istiqamətlərindən biri məhz gender bərabərliyinin təmin edilməsi ilə bağlıdır. Bununla yanaşı, vergi orqanlarında işə yeni cəlb olunan qadın həmkarlarımızın peşəkar bacarıqlarının artırılmasında təcrübəli əməkdaşlar yaxından iştirak edir, zaman-zaman əldə etdikləri bilik və bacarıqlarını gənclərlə bölüşürlər.

Özündə ənənələri, innovativliyi, intellekti və sosial aktivliyi cəmləşdirmək bacarığına sahib olması bugünkü Azərbaycan qadınının unikallığıdır. Müstəqil dövlətimizin yüksəlişinin bütün mərhələlərində qadınlarımız kişilərlə çiyin-çiyinə öz vəzifələrini layiqincə yerinə yetirir, dövlət quruculuğu prosesində fəal iştirak edirlər. Bütövlükdə cəmiyyətin, sahibkarlıq mühitinin, ölkə iqtisadiyyatının inkişafına töhfə verən xanımların əldə etdiyi nailiyyətlər bir daha sübut edir ki, hərəkətverici qüvvə kimi, qadınlar istənilən sahədə məsuliyyəti öz üzərlərinə götürmək gücünə malikdirlər.

Şahzadə MƏDƏTOVA,
İqtisadiyyat Nazirliyi yanında
Dövlət Vergi Xidmətinin əməkdaşı

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?