10 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Vergi Məcəlləsinə dəyişikliklərlə bağlı mətbuat konfransı keçirilib

Prezident İlham Əliyevin imzaladığı "Azərbaycan Respublikası Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında" Qanun və bu Qanunun tətbiqinə dair Fərmandan irəli gələn məsələlərlə əlaqədar dekabrın 25-də Vergilər Nazirliyində kütləvi informasiya vasitələri üçün mətbuat konfransı keçirilib. Vergilər nazirinin müavini Sahib Ələkbərov KİV nümayəndələrinə Vergi Məcəlləsinə əlavə və dəyişikliklərin əsas mahiyyəti və 2019-cu ildə həyata keçiriləcək vergi islahatarının başlıca istiqamətləri barədə məlumat verib. Bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən sosial-iqtisadi siyasətin tərkib hissəsi olan vergi siyasəti iqtisadiyyatın bu günkü tələblərinə uyğun olaraq təkmilləşdirilir. Nazir müavini vergi qanunvericiliyinə sahibkarlığın inkişafı, biznes mühitinin daha da yaxşılaşdırılması məqsədilə mühüm dəyişikliklər edildiyini diqqətə çatdırıb.

Vergi siyasəti departamentinin Vergi qanunvericiliyi idarəsinin direktoru Əvəz Quliyev Vergi Məcəlləsinə dəyişikliklərin əsas istiqamətlərinə həsr olunmuş təqdimatla çıxış edib. Bildirib ki, dəyişikliklər 5 əsas istiqaməti əhatə edir. Bunlar sahibkarlığın dəstəklənməsi, vergidən yayınmanın və "kölgə iqtisadiyyatı"nın miqyasının azaldılması, vergitutma bazasının genişləndirilməsi, vergi inzibatçılığının təkmilləşdirilməsi, mövcud və yeni vergi güzəştlərinin səmərəliliyinin yüksəldilməsi kimi istiqamətləri əhatə edir. Təqdimat zamanı bu istiqamətlərin hər biri üzrə əsas dəyişikliklər və onların mahiyyəti barədə məlumat verilib.

Sonra vergilər nazirinin müavini Sahib Ələkbərov, vergilər nazirinin müşaviri Xəqani Abdullayev, Vergi siyasəti departamentinin baş direktoru Samirə Musayeva və İqtisadi təhlil və ekspertiza departamentinin baş direktoru Natiq Şirinov KİV nümayəndələrinin suallarını cavablandırıblar.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?