16 Mart 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Sosial ev almaq prosedurları sadələşdirilir

Mənzil İnşaatı Dövlət Agentliyi güzəştli ipoteka krediti hesabına mənzil əldə etmək istəyən vətəndaşlara müraciət edib. Müraciətdə bildirilib ki, Azərbaycan Prezidentinin 2019-cu il 14 yanvar tarixli fərmanına əsasən, Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri güzəştli ipoteka krediti hesabına əldə etmək istəyən elektron kabineti olan şəxs mütləq ilkin razılıq qərarının alınması üçün agent banklara müraciət etməli və agent bankdan aldığı ilkin razılıq qərarının "Güzəştli mənzil" sistemindəki elektron kabinetində yerləşdirilməsini təmin etməlidir.

Qeyd edək ki, istifadəçi "Güzəştli mənzil" sistemində elektron kabinetinə daxil olaraq "İlkin razılıq qərarı" bölməsində həmin razılıq qərarını imzalamalıdır. Əks halda, mənzilləri ipoteka krediti hesabına ödəniş üsulu ilə əldə etmək mümkün olmayacaqdır.

VergiKuryer işləyən fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır? VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir? VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu? VergiHansı halda mikro sahibkar 75%-lik vergi güzəştindən yararlana bilməz? Vergiİxtisara düşən işçiyə ödənilən müavinətdən vergi tutulurmu? Vergiİşçinin vəfatı ilə əlaqədar onun vərəsələrinə ödənilən müavinətdən vergi və sosial ödənişlər tutulurmu? VergiPay torpağına görə nə qədər sosial ödəniş edilməlidir?