7 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Qazaxıstan Azərbaycanın informasiya texnologiyaları sahəsində vergi inzibatçılığı təcrübəsini öyrənir

Qazaxıstanda rəqəmsallaşma sahəsində aparılan islahatlar çərçivəsində vergi inzibatçılığının yeni informasiya sistemlərinin işlənməsi ilə bağlı Azərbaycan təcrübəsinin öyrənilməsi məqsədilə Qazaxıstan Maliyyə Nazirliyinin Dövlət Gəlirləri Komitəsinin nümayəndə heyəti ölkəmizə səfər edib. Dövlət Gəlirləri Komitəsinin sədr müavini Anuar Süleymenovun rəhbərlik etdiyi nümayəndə heyəti fevralın 14-15-də İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində bir sıra görüşlər keçirərək təcrübə mübadiləsi aparıblar.

Dövlət Vergi Xidmətinin nümayəndələri qonaqlara Azərbaycanda uğurla tətbiq olunan “ƏDV geri al” layihəsi, nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsinin qaytarılması inzibatçılığı, onlayn kassaların tətbiqi, ƏDV üzrə vahid depozit hesabı, həmçinin beynəlxalq vergitutma sahəsində əldə olunmuş nailiyyətlər barədə ətraflı məlumat veriblər. Görüşlərdə “onlayn kargüzarlıq” sistemi vasitəsilə vergi ödəyiciləri ilə vergi orqanları arasında elektron sənəd mübadiləsi, Avtomatlaşdırılmış Vergi İnformasiya Sisteminin (AVİS) altmodullarının (Bəyannamə, Kargüzarlıq, Şəxsi Hesab Vərəqəsi, Borclar, VÖEN) strukturu da maraq doğurub. Bundan başqa, qonaqlara idxal-ixrac əməliyyatları üzrə Dövlət Vergi Xidmətinin riskli vergi ödəyicisinin müəyyənləşdirilməsi və riskli əməliyyatların meyarları, o cümlədən bu sahədə tətbiq olunan rəqəmsal həllər və bununla bağlı gələcək planlar haqqında məlumatlar təqdim olunub.

Görüşlər zamanı Azərbaycanın vergi sistemində əldə edilən nailiyyətlərlə yanaşı, Qazaxıstanda yekunlaşmaqda olan “ümumi bəyannamə sistemi” layihəsi, həmçinin bu ölkənin “markalanmalı və məcburi nişanlanmalı mallar” üzrə vergi inzibatçılığı sahəsində təcrübəsi də öyrənilib. Yaxın günlərdə beynəlxalq vergitutma və idxal-ixrac mövzularında Qazaxıstan Maliyyə Nazirliyinin Dövlət Gəlirləri Komitəsinin təcrübəsi ilə bağlı onlayn görüşlərin keçirilməsi barədə razılıq əldə olunub.

VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri VergiOfisiantların sosial ödənişləri VergiEhtiyat hissənin dəyəri tam şəkildə gəlirdən çıxıla bilərmi? VergiVÖEN-i necə aktivləşdirmək olar?