15 May 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Oman Sultanlığı ilə ikiqat vergitutmanın aradan qaldırılması haqqında Saziş layihəsi üzrə danışıqlar aparılıb

Oman Sultanlığının Məsqət şəhərində “Azərbaycan Respublikası Hökuməti və Oman Sultanlığı Hökuməti arasında gəlirə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş” layihəsi üzrə danışıqlar keçirilib.

Danışıqlar prosesində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin ekspertləri, Maliyyə Nazirliyinin nümayəndəsi və Oman Sultanlığının Vergi İdarəsinin səlahiyyətli şəxsləri iştirak ediblər.

Müzakirələr zamanı Dövlət Vergi Xidmətinin Beynəlxalq vergitutma və vergi monitorinqi baş idarəsinin şöbən rəisi Elkin Məmmədov Sazişin hər iki ölkənin sərmayəçilərinə əlverişli şərait yaradacağını, məlumat mübadiləsinin və vergi borclarının yığılmasında effektiv alətlərin formalaşması, eləcə də qarşılıqlı münasibətlərin möhkəmlənməsi üçün mühüm əhəmiyyət kəsb edəcəyini bildirib.

Üç gün davam edən müzakirələrin nəticəsi olaraq Saziş layihəsinin vergitutma ilə bağlı əksər müddəaları üzrə razılıq əldə olunub. Açıq qalan digər maddələrin növbəti danışıqlar zamanı razılaşdırılması istiqamətində işlərin aparılacağı vurğulanıb.

VergiƏlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir? VergiVergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər? Vergiİxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu? VergiBir neçə il istifadə edilməmiş məzuniyyətin kompensasiyası necə hesablanıb ödənilməlidir? VergiBərbər kimi işləmək istəyən fiziki şəxsin hansı öhdəlikləri yaranır? VergiÖzəl sektorda çalışan işçinin gəlirləri hansı qaydada vergiyə cəlb olunur? VergiAnalıq məzuniyyətində olan valideyn himayədə olan şəxs hesab edilirmi? VergiVÖEN-i necə dayandırmaq olar? VergiVətəndaşdan alınan avtomobilə görə elektron qaimə-faktura tərtib edilməlidirmi? VergiElektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu?