7 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Bəzi fəaliyyət növləri üzrə ƏDV tutulan əməliyyatın vaxtı dəyişdirilib

Bəzi fəaliyyət növləri üzrə ƏDV tutulan əməliyyatın vaxtı dəyişdirilib VİDEO

Vergi inzibatçılığının təkmilləşdirilməsi məqsədilə Vergi Məcəlləsində edilmiş mühüm dəyişikliklərdən biri də bəzi fəaliyyət növləri üzrə ƏDV tutulan əməliyyatın vaxtının dəyişdirilməsidir.

Vergi Məcəlləsinin 1 yanvar 2024-cü ilə qədər olan redaksiyasına əsasən, vergi ödəyicisinin təqdim edilən mallar (işlər və xidmətlər) üçün nağd pul vəsaitini aldığı, nağdsız ödəmədə isə pul vəsaitinin bankda onun hesabına daxil olduğu vaxt ƏDV tutulan əməliyyatın vaxtı hesab olunurdu. Nəzarət-kassa aparatı (NKA) tətbiq edilməli olan fəaliyyət sahələrində alıcılara POS-terminalın qəbzi ilə yanaşı, NKA çeki də təqdim edilməlidir.

Nağdsız ödəniş zamanı pul vəsaitinin vergi ödəyicisinin bank hesabına daxil olması müddəti bir neçə gün uzana bildiyindən, ayın sonuncu günlərində edilən ödənişlərdə nəzarət kassa aparatının çekinin vurulması vaxtı ilə pul vəsaitinin hesaba daxil olması vaxtı fərqli hesabat dövrlərinə təsadüf edirdi ki, bu da vergi ödəyiciləri tərəfindən uçotun aparılmasında müəyyən çətinliklər yaradırdı. Çətinliyin aradan qaldırılması məqsədilə Vergi Məcəlləsinə dəyişiklik edilib.

Dəyişikliyə əsasən, NKA tətbiq edilməli olan fəaliyyət növləri üzrə, yəni pərakəndə ticarət, ictimai iaşə fəaliyyəti, mehmanxana (hotel) və mehmanxana tipli digər obyektlər, tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər, bərbərxanalar, gözəllik salonları və kosmetoloji mərkəzlər üzrə ödənişlə bağlı NKA çekinin vurulduğu tarix ƏDV tutulan əməliyyatın vaxtı sayılır.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?