19 Fevral 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Hansı vergi ödəyiciləri işğaldan azad edilmiş ərazinin rezidenti sayılmır?

Mən Zəngilan rayonunda doğulmuşam, fərdi sahibkar olaraq Zəngilan Rayon Vergilər Şöbəsində qeydiyyatdayam, amma Bakı şəhərində pərakəndə satış fəaliyyəti ilə məşğulam. Bilmək istəyirəm, işğaldan azad olunmuş ərazilərlə bağlı 2023-cü ilin 1 yanvar tarixindən Vergi Məcəlləsinə əlavə edilmiş vergi güzəştlərindən istifadə edə bilərəmmi?
 

Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 1 yanvar 2023-cü ildən qüvvəyə minmiş müddəalarına əsasən, həmin Məcəllənin XIX fəslinin məqsədləri üçün işğaldan azad edilmiş ərazinin rezidenti dedikdə, işğaldan azad edilmiş ərazilərdə vergi uçotuna alınmış və bilavasitə bu ərazilərdə fəaliyyət göstərən hüquqi və fiziki şəxslər başa düşülür. Məcəllənin bu fəslində nəzərdə tutulmuş vergi azadolmaları həmin şəxslərə tətbiq edilir.

Buna əsasən, işğaldan azad edilmiş ərazidə vergi uçotunda olmasına baxmayaraq, Bakı şəhərində fəaliyyət göstərən vergi ödəyiciləri işğaldan azad edilmiş ərazinin rezidenti sayılmır və həmin şəxslərə Vergi Məcəlləsinin XIX fəslində nəzərdə tutulmuş vergi güzəştləri şamil edilmir.

Əsas: Vergi Məcəlləsinin 226.1-ci və 226.2-ci maddələri

Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu? VergiVergi ödəyicisi eyni vaxtda bir neçə güzəştdən yararlana bilərmi? Vergiİstifadə olunmayan əsas vəsaitlərə görə əmlak vergisi hesablanmalıdırmı? VergiPOS-terminal quraşdırmaq üçün nə etmək lazımdır? VergiMüəssisə təsərrüfat xərclərinə görə ödənilən ƏDV-ni əvəzləşdirə bilərmi? VergiFərdi sahibkar fiziki şəxsdən götürdüyü mənzilin kirayə haqqından nə qədər vergi ödəməlidir? VergiElektron əmtəə-nəqliyyat qaiməsi kimlər üçün məcburidir? VergiRepetitorluq fəaliyyəti ilə məşğul olan vergi ödəyicisinə güzəşt verilirmi? VergiKimlər 75%-lik vergi güzəştindən yararlana bilər? VergiVergi hesablanan əməkhaqqı məbləğinin 200 manat azaldılması nəyə əsaslanır?