Hansı vergi ödəyiciləri işğaldan azad edilmiş ərazinin rezidenti sayılmır?

2023.12.26 15:41 (UTC+04:00)

Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 1 yanvar 2023-cü ildən qüvvəyə minmiş müddəalarına əsasən, həmin Məcəllənin XIX fəslinin məqsədləri üçün işğaldan azad edilmiş ərazinin rezidenti dedikdə, işğaldan azad edilmiş ərazilərdə vergi uçotuna alınmış və bilavasitə bu ərazilərdə fəaliyyət göstərən hüquqi və fiziki şəxslər başa düşülür. Məcəllənin bu fəslində nəzərdə tutulmuş vergi azadolmaları həmin şəxslərə tətbiq edilir.

Buna əsasən, işğaldan azad edilmiş ərazidə vergi uçotunda olmasına baxmayaraq, Bakı şəhərində fəaliyyət göstərən vergi ödəyiciləri işğaldan azad edilmiş ərazinin rezidenti sayılmır və həmin şəxslərə Vergi Məcəlləsinin XIX fəslində nəzərdə tutulmuş vergi güzəştləri şamil edilmir.

Əsas: Vergi Məcəlləsinin 226.1-ci və 226.2-ci maddələri