13 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

“Vergi və hesabatlılıq” üzrə işçi qrupun ilin yekun hesabat iclası keçirilib

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəhbərlik etdiyi “Vergi və hesabatlılıq” işçi qrupunun geniş tərkibdə ilin yekun hesabat iclası keçirilib. Tədbirdə Dövlət Vergi Xidməti (DVX), Ədliyyə Nazirliyi, Maliyyə Nazirliyi, Mərkəzi Bank, Dövlət Statistika Komitəsi, Azərbaycan Milli Elmlər Akademiyası, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi, Auditorlar Palatası, Vəkillər Kollegiyası, eləcə də biznes assosiasiyaları və aparıcı konsaltinq şirkətlərinin nümayəndələri iştirak ediblər.

İclasda Dünya Bankı Qrupunun “Əlverişli Biznes Mühiti” layihəsinin “Vergitutma” indikatoruna dair 2022-2023-cü illər üzrə Yol Xəritəsi”nin icra vəziyyətinin ümumiləşdirilmiş yekun hesabatı dinlənilib, görülmüş işlər, 2024-cü il üzrə Yol Xəritəsinin hazırlanması istiqamətində təkliflər müzakirə edilib.

Dövlət Vergi Xidmətinin rəis müavini, işçi qrupun rəhbəri İlkin Vəliyev tədbir iştirakçılarına “Vergitutma” indikatoru üzrə Yol Xəritəsi çərçivəsində 2023-cü ildə görülmüş işlər, vergitutma qaydalarının keyfiyyəti, vergi administrasiyası tərəfindən təqdim edilən xidmətlər, vergi yükü və vergi sistemlərinin səmərəliliyi alt indikatorları üzrə həyata keçirilmiş tədbirlər barədə məlumat verib. Bildirib ki, 3 əsas altindikator, 9 komponenti əhatə edən Yol Xəritəsi üzrə 54 tədbir üzrə işlər həyata keçirilib. Bu tədbirlərin əsas hissəsi üzrə işlər bitsə də, bir sıra tədbirlər mütəmadi xarakter daşıyır, bəziləri üzrə müxtəlif layihələrin, qanunvericilik təşəbbüslərinin həyata keçirilməsi istiqamətində işlər davam etdirilir.

Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının Katibliyinin rəhbəri, Azәrbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasәt vә sәnaye mәsәlәlәri şöbәsinin sektor müdiri Vüsal Şıxәliyev Yol Xəritəsi üzrə həyata keçirilən tədbirlərin nəticələrinin müsbət olduğunu, növbəti mərhələdə daha hədəfli məqsədlər və layihələr üzrə işlərin davam etdirilməsi zərurətini vurğulayıb. V.Şıxəliyev biznes mühitinin yaxşılaşması və vergi ödəyicilərinin mənafelərinə xidmət edən bir sıra layihələr üzrə daha geniş məlumatlandırma tədbirlərinin aparılmasının vacibliyini, həmçinin, özəl sektorun vergitutma məsələlərində mövqe və rəylərinin əldə edilməsi ilə 2024-cü ildə həyata keçiriləcək tədbirlərin səmərəliliyinin artırılması imkanlarını diqqətə çatdırıb.

İclasda iştirak edən özəl biznes nümayəndələri vergitutma sahəsində rastlaşdıqları bəzi məsələlərlə bağlı çıxış ediblər. Xüsusilə ölkəyə avtomobil idxalında yaranmış vəziyyət, rəsmi dilerlərin haqsız rəqabətlə üzləşməsi ilə bağlı fikirlərini bölüşüblər. 2024-cü ildə sahibkarlıq assosiasiyaları ilə görüşlərin intensivləşdirilməsi zərurəti qeyd olunub.

İşçi qrupun rəhbəri İlkin Vəliyev özəl sektor və konsaltinq şirkətləri ilə sıx əməkdaşlığın davam etdiriləcəyini vurğulayıb.

VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu?