25 Yanvar 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

E-qaimə-fakturalarla bağlı "dəyirmi masa" öz işini başa çatdırıb

Vergilər Nazirliyinin Şamaxıda yerləşən Tədris Mərkəzində e-qaimə-faktura və e-vergi hesab-fakturalarının tətbiqi məsələləri, bu zaman ortaya çıxan problemlər və onların həlli ilə bağlı keçirilən "dəyirmi masa"ya yekun vurulub.

İyunun 27-də işə başlayan ikigünlük tədbirin ikinci günündə Vergilər Nazirliyinin rəhbər vəzifələri şəxsləri iqtisadçı ekspertlərin və sahibkarların ictimai birliklərinin nümayəndələrinin e-qaimə-fakturanın tətbiqi ilə bağlı qaldırdıqları məsələlərə aydınlıq gətirib, onların suallarını cavablandırıblar. Tədbir iştirakçıları e-qaimə-fakturaların tətbiqi sahəsində rastlaşdıqları bir sıra məsələləri müzakirə edib, öz təkliflərini səsləndiriblər.

Vergilər Nazirliyinin İqtisadi təhlil departamentinin baş direktoru Natiq Şirinov e-qaimə-fakturanın tətbiqi üzrə ekspertlərin qaldırdıqları məsələlərin həlli yolları ilə bağlı qarşıdakı dövrdə müvafiq addımlar atılacağını qeyd edib.

Vergilər nazirinin müşaviri Xəqani Abdullayev "dəyirmi masa"da ekspertlər tərəfindən qaldırılan praktiki məsələlərin təhlilinin aparılacağını bildirib. Tədbir iştirakçılarının nəzərinə çatdırılıb ki, belə görüşlər tez-tez keçiriləcək və Vergilər Nazirliyi açıq qalan məsələlərin həlli istiqamətində ictimaiyyət nümayəndələri ilə birlikdə çalışmağa hazırdır.

Qeyd edək ki, vergitutma məsələlərində açıq dialoq və ictimaiyyətlə əməkdaşlıq prinsiplərinə əsaslanan ikigünlük "dəyirmi masa"da iqtisadi sahədə ixtisaslaşmış ekspertlər, sahibkarların ictimai birlikləri, "böyük dördlük" nümayəndələri, sahibkarlar və onların mühasibat uçotu məsələləri ilə məşğul olan əməkdaşları və mühasiblər iştirak ediblər.

VergiDaşınmaz əmlak alan şəxslər üçün ƏDV-nin geri qaytarılması qaydaları VergiƏvvəlki tarixə ƏDV qeydiyyatı üçün müraciət etmək mümkündürmü? Vergiİşçilərə ödənilən yemək xərcinə görə gəlir vergisi tutulmalıdırmı? VergiYanlış ödənilmiş məcburi dövlət sosial sığorta məbləğinin geri qaytarılması VergiFərdi qaydada foto, audio-video xidmətləri göstərən şəxs ƏDV ödəyicisi ola bilərmi? VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiFərdi şəkildə hüquqi xidmət göstərən fiziki şəxslərin öhdəlikləri VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi?