19 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Dividend vergisindən güzəşt hüququ Video

"Vergilər az" saytının "Rəsmi cavab" rubrikasına belə bir sual göndərilib: "Mikro sahibkarlıq subyekti olan vergi ödəyicisi 2019-cu ilin iyul ayında 1 illik (2018-ci il iyul- 2019-cu il iyun) fəaliyyətə görə dividendi fiziki şəxs olan təsisçiyə ödəmək barədə qərar verir. Vergi Məcəlləsinin 102.1.22-1-ci maddəsinə görə, həmin dividend tam olaraq vergidən azaddırmı?"

Vergilər Nazirliyinin İqtisadi təhlil departamentinin baş direktoru Natiq Şirinov suala aydınlıq gətirərək deyib ki, 2019-cu il yanvarın 1-dən sonra mikro sahibkarlıq subyekti olan şəxslər tərəfindən gəlir və xərclərin uçotunun tam aparıldığı və yaranmış mənfəətdən dividendin ödənildiyi təqdirdə, həmin dividend vergilərdən azad edilir. Vergi qanunvericiliyində 2019-cu il 1 yanvar tarixə qədər yaranmış mənfəətdən ödənilən dividendlərin vergilərdən azad olunması nəzərdə tutulmayıb.

Xatırladaq ki, "dividend" dedikdə, hüquqi şəxsin öz təsisçilərinin (payçılarının) və ya səhmdarlarının xeyrinə xalis mənfəətinin (sadələşdirilmiş verginin ödəyiciləri tərəfindən vergi və xərclər çıxıldıqdan sonra gəlirin) bölüşdürülməsi ilə bağlı pul və ya digər ödəmələr şəklində etdiyi ödəniş nəzərdə tutulur.

VergiVəfat edən döyüşçülərin övladlarına hansı halda vergi güzəşti verilir? VergiMüharibə veteranlarına hansı vergi güzəşti tətbiq olunur? Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü?