Dividend vergisindən güzəşt hüququ Video

2019.06.27 16:50 (UTC+04:00)

Vergilər Nazirliyinin İqtisadi təhlil departamentinin baş direktoru Natiq Şirinov suala aydınlıq gətirərək deyib ki, 2019-cu il yanvarın 1-dən sonra mikro sahibkarlıq subyekti olan şəxslər tərəfindən gəlir və xərclərin uçotunun tam aparıldığı və yaranmış mənfəətdən dividendin ödənildiyi təqdirdə, həmin dividend vergilərdən azad edilir. Vergi qanunvericiliyində 2019-cu il 1 yanvar tarixə qədər yaranmış mənfəətdən ödənilən dividendlərin vergilərdən azad olunması nəzərdə tutulmayıb.

Xatırladaq ki, "dividend" dedikdə, hüquqi şəxsin öz təsisçilərinin (payçılarının) və ya səhmdarlarının xeyrinə xalis mənfəətinin (sadələşdirilmiş verginin ödəyiciləri tərəfindən vergi və xərclər çıxıldıqdan sonra gəlirin) bölüşdürülməsi ilə bağlı pul və ya digər ödəmələr şəklində etdiyi ödəniş nəzərdə tutulur.