18 Yanvar 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Özəl müəssisələrə ayrılan qrant vəsaitləri ilə bağlı vergi öhdəlikləri

Vergi ödəyicilərini maraqlandıran məsələlərdən biri də özəl və ya kommersiya müəssisələrinə verilən qrant vəsaitlərinin vergiyə cəlb olunması ilə bağlıdır. Məsələn, bir sıra qeyri-hökumət təşkilatları onlara ayrılan qrant vəsaitləri hesabına sənədli və ya bədii film çəkirlər. Bu zaman hesabatlar qrant vəsaitlərinə aid qanunvericiliklə tənzimlənir. Bəs dövlət tərəfindən yerli özəl şirkətlərə filmin çəkilişi üçün ayrılan qrant vəsaitlərinə görə vergi öhdəlikləri necə yerinə yetirilir? Mövzu ilə bağlı “vergiler.az”ın sualına maliyyə və vergi məsələləri üzrə ekspert Rəşad Məmmədov aydınlıq gətirir:

Vergi Məcəlləsinin 165.1.2-ci maddəsinə əsasən, yalnız xaricdən alınan qrantlar ƏDV-yə sıfır dərəcə ilə cəlb olunur. Bizim sualda isə ayrılan qrant xaricdən alınmadığı üçün həmin dövriyyə ƏDV-yə cəlb edilir və ƏDV bəyannaməsinin 301-ci sətrində və Əlavə 3-də göstərilir.

Həmçinin, Vergi Məcəlləsinin 106.1.2-ci maddəsinə əsasən, yalnız qeyri-hökümət təşkilatlarının aldığı əvəzsiz köçürmələr mənfəət vergisindən azaddır. Özəl və kommersiya müəssisələrinin hər hansı şəkildə aldığı qrant və ya əvəzsiz alınan vəsaitlərin vergidən azad olunması barədə Vergi Məcəlləsində hər hansı müddəa nəzərdə tutulmayıb.

Ona görə də film çəkilişi üçün özəl müəssisənin aldığı vəsait hesabat ilinin gəlirinə daxil edilərək mənfəət vergisi bəyannaməsinin 201-ci sətrində əks etdirilməlidir.

VergiYükdaşıma fəaliyyəti həyata keçirən vergi ödəyicisi e-qaimə verməlidirmi? VergiMülki müqavilə ilə işləyən şəxsə vergi güzəşti tətbiq olunurmu? VergiHansı toyuq əti məhsulu ƏDV-yə cəlb olunur? VergiAlış aktı ilə alınan mallara görə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiKriptovalyuta ticarətindən əldə edilən gəlir vergiyə cəlb olunurmu? VergiToyuq ətinin idxalı zamanı ödənilən ƏDV əvəzləşdirilirmi? VergiMMC kimi fəaliyyət göstərən idman klublarına köçürülən vəsait gəlirdən çıxılırmı? VergiUşaq bağçasına ödənilən yardım məbləği gəlirdən çıxılırmı? VergiSosial şəbəkələrdə reklamlara ödənilən vəsaitdən hansı qaydada vergi tutulur? VergiVəfat edən döyüşçülərin övladlarına hansı halda vergi güzəşti verilir?