Özəl müəssisələrə ayrılan qrant vəsaitləri ilə bağlı vergi öhdəlikləri

2023.11.24 14:47 (UTC+04:00)

Vergi Məcəlləsinin 165.1.2-ci maddəsinə əsasən, yalnız xaricdən alınan qrantlar ƏDV-yə sıfır dərəcə ilə cəlb olunur. Bizim sualda isə ayrılan qrant xaricdən alınmadığı üçün həmin dövriyyə ƏDV-yə cəlb edilir və ƏDV bəyannaməsinin 301-ci sətrində və Əlavə 3-də göstərilir.

Həmçinin, Vergi Məcəlləsinin 106.1.2-ci maddəsinə əsasən, yalnız qeyri-hökümət təşkilatlarının aldığı əvəzsiz köçürmələr mənfəət vergisindən azaddır. Özəl və kommersiya müəssisələrinin hər hansı şəkildə aldığı qrant və ya əvəzsiz alınan vəsaitlərin vergidən azad olunması barədə Vergi Məcəlləsində hər hansı müddəa nəzərdə tutulmayıb.

Ona görə də film çəkilişi üçün özəl müəssisənin aldığı vəsait hesabat ilinin gəlirinə daxil edilərək mənfəət vergisi bəyannaməsinin 201-ci sətrində əks etdirilməlidir.