7 Mart 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Naxçıvanda ilk dəfə vergi könüllüləri fəaliyyət göstərəcək

Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidməti tərəfindən muxtar respublikada “Vergi orqanlarında könüllü fəaliyyətin təşkili Qaydaları”na uyğun olaraq, ilk dəfə könüllü gənclər Naxçıvan Şəhər Vergilər İdarəsinin Vergi ödəyicilərinə xidmət mərkəzində fəaliyyətə başlayacaqlar.

Bununla bağlı Naxçıvan Şəhər Vergilər İdarəsinin Vergi ödəyicilərinə xidmət mərkəzində 4 nəfər könüllü gənclə keçirilən görüşdə Xidmətin rəisi Abbas İsmayılov bildirib ki, ölkədə yaradılan könüllülük ənənəsinin dövlət vergi orqanlarında tətbiqinin davamı olaraq, biz də bu potensialdan istifadə etmək qərarına gəldik. Layihənin daha bir məqsədi gənc kadrların vergi orqanlarında təcrübə toplamasına və gələcəkdə bu sahədə işləmək arzularını reallaşdıra bilmələrinə kömək etməkdir.

Könüllülər xidmət mərkəzində vətəndaşların qarşılanması, növbə aparatlarından istifadə qaydalarının izah olunması, mövcud xidmətlər barədə məlumatların verilməsi, əlillərin daha asan xidmət almasına dəstək və onlara qayğı göstərilməsi, ərizələrin doldurulmasına kömək göstərilməsi, mərkəzdə ən çox müraciət olunan elektron xidmətlərin təmini, vətəndaşların məmnunluğunun öyrənilməsi və digər zəruri sorğuların keçirilməsi ilə məşğul olacaqlar. Bunun üçün onlar öncədən təlimatlandırılacaqlar. İki ay müddətinə bağlanmış müqavilə əsasında fəaliyyət göstərəcək könüllülərin işinin sonda qiymətləndirilməsi və onlara sertifikatların təqdim edilməsi nəzərdə tutulub. Gələcəkdə Şərur, Babək və Ordubad şəhərlərində istifadəyə veriləcək xidmət mərkəzlərində də belə bir fəaliyyətin təşkil olunması nəzərdə tutulur.

Qeyd edək ki, Naxçıvan Şəhər Vergilər İdarəsinin Vergi ödəyicilərinə xidmət mərkəzində könüllü kimi çalışmaq üçün ilkin mərhələdə muxtar respublikanın dövlət vergi orqanlarına işə qəbulla əlaqədar 13.07.2023-cü il tarixdə elan olunmuş müsabiqədə iştirak etmiş şəxslər arasından 4 nəfər gənc seçilib.

VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir? VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu? VergiHansı halda mikro sahibkar 75%-lik vergi güzəştindən yararlana bilməz? Vergiİxtisara düşən işçiyə ödənilən müavinətdən vergi tutulurmu? Vergiİşçinin vəfatı ilə əlaqədar onun vərəsələrinə ödənilən müavinətdən vergi və sosial ödənişlər tutulurmu? VergiPay torpağına görə nə qədər sosial ödəniş edilməlidir? Vergiİlin sonunda alınan əsas vəsaitə amortizasiya xərci hesablamaq olarmı? VergiKriptovalyuta alğı-satqısı ilə məşğul olan fiziki şəxsin vergi öhdəliyi Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu? VergiVergi ödəyicisi eyni vaxtda bir neçə güzəştdən yararlana bilərmi?