5 Avqust 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

“Vergi inzibatçılığında dezinformasiya təhdidlərinin tanınması və aradan qaldırılması” mövzusunda beynəlxalq seminar keçirilib

Avropadaxili Vergi Administrasiyaları Təşkilatı (IOTA) tərəfindən "Vergi inzibatçılığında dezinformasiya təhdidlərinin tanınması və aradan qaldırılması" mövzusuna həsr olunmuş onlayn seminar keçirilib. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi xidmətinin Media və kommunikasiya idarəsinin əməkdaşı Ülkər Nəbiyeva tədbirdə iştirak edib.

Forumun açılış mərasimində IOTA-nın vergi məsələləri üzrə eksperti Massimo Morarelli iştirakçıları salamlayaraq seminarın mahiyyəti barədə məlumat verib. Bildirilib ki, bu tədbir müxtəlif ölkələrin vergi sistemlərinin dezinformasiya ilə mübarizə sahəsində təcrübə mübadiləsinin təşkili istiqamətində faydalı platformadır. Seminarda vergi inzibatçılığı barədə dezinformasiya və vergi orqanları adından saxta məlumatların yayılması, bu sahədə effektiv mexanizmlərin tətbiqi, təcrübədən keçirilmiş alətlərin düzgün olmayan informasiya axını prosesinə təsiri barədə təqdimatlar dinlənilib və müzakirə aparılıb. Böyük Britaniyanın Vergi və Gömrük Administrasiyasının (HMRC) təmsilçiləri Ceyms Beykr və Liam Hobson, Litva Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Vergi Müfəttişliyinin nümayəndəsi Ruta Asadauskaite vergi orqanları adından yayılan yanlış xəbərlər, vergi ödəyicilərinə ünvanlanan saxta təkliflər və maliyyə itkiləri ilə nəticələnə biləcək məktubların yayılmasının qarşısını almaq üçün istifadə olunan metodlar barədə ölkələrində tətbiq edilən təcrübəni bölüşüblər. Seminarda qeyd olunub ki, vergi orqanları adından saxta mesajların yayılması son dövrlər vergi inzibatçılığı üçün təhdidə çevrilib. Çevik müdaxilə tələb edən bu proses zaman keçdikcə əksər ölkələr üçün aktuallaşır. Seminarda kommunikasiya alətlərinin təkmilləşdirilməsi istiqamətində beynəlxalq əməkdaşlığın, birgə təşəbbüslərin və təcrübə mübadiləsinin əhəmiyyəti xüsusi vurğulanıb.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

VergiVergi tutulan əməliyyatın vaxtı necə müəyyən olunur? VergiMəcburi köçkünlərə vergi güzəşti və tələb olunan sənədlər VergiMallar maya dəyərinə satıldıqda gəlir vergisi nəyə əsasən hesablanır? VergiYükdaşıma fəaliyyəti göstərənlər əvvəlki dövrə ƏDV qeydiyyatına alına bilərlərmi? VergiMühasibat və maliyyə sahəsi üzrə məsləhət xidmətləri göstərən şəxslərin güzəşt hüququ Vergi75 faizlik güzəşt ötən ilin gəlirlərinə şamil edilə bilərmi? VergiFərdi sahibkar sabit qəbzi onlayn şəkildə ala bilərmi? VergiƏvəzləşdirilməyən ƏDV məbləği gəlirdən çıxıla bilərmi? Vergiİdxal ediləcək mallar barədə məlumat forması vergi orqanına təqdim olunmalıdırmı? VergiDublyaj fəaliyyətindən əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu?