10 Mart 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Vasitəçilik xidmətlərinə görə əldə olunan gəlir hansı qaydada vergiyə cəlb edilir?

Azərbaycan Respublikasının rezidenti olan müəssisə xarici ölkədən mal alışı edib ölkə ərazisinə idxal etmədən hər hansı üçüncü ölkəyə satış edirsə, yəni alış və satış etdiyi müəssisələr arasında vasitəçilik edirsə, vergi qanunvericiliyində bu fəaliyyətlə bağlı məhdudiyyət nəzərdə tutulurmu? Qeyd olunan fəaliyyət leqal sayılırsa, vergi ödəyicisinin mənfəətdən əlavə olaraq hər hansı başqa vergi öhdəliyi yaranırmı? Qeyd edim ki, vergi ödəyicisi dövriyyəsini vergi xidmətinə bəyan edir və yaranmış vergi öhdəliklərini büdcəyə tam ödəyir. 
 

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, qeyd olunan halda rezident müəssisə malların bir dövlətdən alınaraq digər dövlətdəki alıcıya çatdırılması üzrə vasitəçilik xidməti göstərir. Bu zaman rezident müəssisə tərəfindən bir dövlətdən alınan malların Azərbaycan Respublikasının ərazisinə daxil olmadan üçüncü dövlətə göndərilməsi üzrə göstərilən vasitəçilik xidmətlərinə görə əldə edilmiş gəlirdən bu gəlirin əldə olunması ilə bağlı çəkilən xərclər və icbari ödənişlər çıxıldıqdan sonra qalan məbləğdən mənfəət vergisi hesablanıb dövlət büdcəsinə ödənilir.

Qeyd olunan fəaliyyətlə bağlı vergi qanunvericiliyində hər hansı məhdudiyyət nəzərdə tutulmayıb. Bundan əlavə, fəaliyyətinizlə bağlı vergitutma aspektlərinin ətraflı cavablandırılmasının təmin olunması məqsədilə əməliyyatın xarakteri tam açıqlanmaqla və müvafiq təsdiqedici sənədlərlə qeydiyyatda olduğunuz vergi orqanına müraciət edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 104-cü maddəsi

VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır? VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir? VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu? VergiHansı halda mikro sahibkar 75%-lik vergi güzəştindən yararlana bilməz? Vergiİxtisara düşən işçiyə ödənilən müavinətdən vergi tutulurmu? Vergiİşçinin vəfatı ilə əlaqədar onun vərəsələrinə ödənilən müavinətdən vergi və sosial ödənişlər tutulurmu? VergiPay torpağına görə nə qədər sosial ödəniş edilməlidir? Vergiİlin sonunda alınan əsas vəsaitə amortizasiya xərci hesablamaq olarmı? VergiKriptovalyuta alğı-satqısı ilə məşğul olan fiziki şəxsin vergi öhdəliyi Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu?