19 Fevral 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Naxçıvan MR-də vergi ödəyicilərinin uçot məlumatlarının dürüstləşdirilməsi prosesi başa çatıb

Naxçıvan Muxtar Respublikasında sahibkarlıq fəaliyyəti həyata keçirən vergi ödəyicilərinin uçot məlumatlarının yeni vergi inzibatçılığı çərçivəsində dürüstləşdirilməsi prosesinə yekun vurulub.

Bu ilin may-avqust aylarında muxtar respublika üzrə 4.691 obyektdə uçot məlumatlarının dürüstləşdirilməsi aparılıb. Dürüstləşdirmə işləri zamanı vergi ödəyicilərinin faktiki uçot məlumatları ilə vergi orqanlarının uçot baza məlumatlarının müqayisəsi zamanı 12.542 kənarlaşma aşkarlanıb. Bununla yanaşı, təsərrüfat obyektlərinin mövcudluğu, vergi ödəyicilərinin və obyektlərinin fəaliyyət növü, təsərrüfat subyektinin (obyektinin) vəziyyəti (aktiv, passiv), obyektdən istifadə hüquqlarının araşdırılması, sahəsi və digər uçot məlumatları dəqiqləşdirilib. Dürüstləşdirmə dövründə 361 ədəd köhnə nəsil NKA qeydiyyatdan çıxarılıb, 279 ədəd yeni nəsil NKA-nın və 302 ədəd POS-terminalın tətbiqi təmin edilib.

Qeyd edək ki, dürüstləşdirilmə prosesi çərçivəsində uçot məlumatlarında olan uyğunsuzluqlar və müşahidə zamanı aşkar edilmiş kənarlaşmalar vergi ödəyicilərini və təsərrüfat subyektlərini yerində məlumatlandırmaqla aradan qaldırılıb.

VergiKriptovalyuta alğı-satqısı ilə məşğul olan fiziki şəxsin vergi öhdəliyi Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu? VergiVergi ödəyicisi eyni vaxtda bir neçə güzəştdən yararlana bilərmi? Vergiİstifadə olunmayan əsas vəsaitlərə görə əmlak vergisi hesablanmalıdırmı? VergiPOS-terminal quraşdırmaq üçün nə etmək lazımdır? VergiMüəssisə təsərrüfat xərclərinə görə ödənilən ƏDV-ni əvəzləşdirə bilərmi? VergiFərdi sahibkar fiziki şəxsdən götürdüyü mənzilin kirayə haqqından nə qədər vergi ödəməlidir? VergiElektron əmtəə-nəqliyyat qaiməsi kimlər üçün məcburidir? VergiRepetitorluq fəaliyyəti ilə məşğul olan vergi ödəyicisinə güzəşt verilirmi? VergiKimlər 75%-lik vergi güzəştindən yararlana bilər?