25 İyun 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

20 Yanvar şəhidinin ailə üzvlərinin hansı vergi güzəşti mövcuddur?

Atam “20 Yanvar” hadisələri zamanı həlak olub. Özüm dövlət qulluqçusuyam. Bilmək istərdim: aylıq əməkhaqqımdan tutulan vergilərlə bağlı hər hansı güzəşt hüququm varmı?

Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 1 yanvar 2023-cü ildən qüvvəyə minmiş müddəalarına əsasən, 1990-cı il yanvarın 20-də SSRİ qoşunlarının müdaxiləsi nəticəsində, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı həlak olmuş şəxslərin valideynləri, arvadları (ərləri) və övladlarının hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 100 manat məbləğində azaldılır.

Qeyd olunanlara uyğun olaraq, əsas iş yerində əldə etdiyiniz aylıq muzdlu gəlirlərinizin 100 manat hissəsi gəlir vergisindən azaddır.

Əsas: Vergi Məcəlləsinin 102.4.2-ci maddəsi.

VergiSuvenir və qızıl satışı ilə məşğul olan fiziki şəxs sadələşdirilmiş vergi ödəyicisi ola bilərmi? VergiDaşınmaz əmlakın icarəsindən əldə edilən gəlirdən sosial ödənişlər tutulurmu? VergiNaxçıvandakı rezidentlər xammal idxalı zamanı ƏDV-dən azad edilirmi? VergiBalıqyetişdirmə müəssisəsinə hansı vergi güzəştləri verilir? VergiUzunmüddətli debitor borclar gəlirdən çıxılan xərclərə aid edilirmi? VergiRəqəmsal və İT xidmətləri ƏDV-yə cəlb olunurmu? VergiHansı halda 3 işçisi olan fərdi sahibkara vergi güzəşti tətbiq olunur? Vergiİki faizlik məhdudiyyət alış aktı və NKA çeki üzrə xərclərə ayrı-ayrılıqda, yoxsa birlikdə tətbiq olunur? VergiHəyat yoldaşı pensiyaçı olan əmlak sahibinə vergi güzəşti verilirmi? VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir?