Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 1 yanvar 2023-cü ildən qüvvəyə minmiş müddəalarına əsasən, 1990-cı il yanvarın 20-də SSRİ qoşunlarının müdaxiləsi nəticəsində, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı həlak olmuş şəxslərin valideynləri, arvadları (ərləri) və övladlarının hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 100 manat məbləğində azaldılır.
Qeyd olunanlara uyğun olaraq, əsas iş yerində əldə etdiyiniz aylıq muzdlu gəlirlərinizin 100 manat hissəsi gəlir vergisindən azaddır.
Əsas: Vergi Məcəlləsinin 102.4.2-ci maddəsi.