30 May 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Bir sıra bəyannamə, əlavə formaları və tərtib olunması qaydaları təsdiq edilib

Vergi Məcəlləsinə, “Sosial sığorta haqqında” və “Dövlət rüsumu haqqında” qanunlara əlavə və dəyişikliklərlə əlaqədar İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən bəzi bəyannamə, həmin bəyannamələrə əlavələrin formaları və tərtib olunması qaydalarında müvafiq dəyişikliklər təsdiq edilib. Yeni redaksiyada təsdiq edilmiş bəyannamə formaları aşağıdakılardır:

  • “Dövlət rüsumunun tutulması haqqında hesabat”ın forması və tərtib edilməsi Qaydası;

  • “Əlavə dəyər vergisinin bəyannaməsinə Əlavə №5” forması və tərtib edilməsi Qaydası;

  • “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulmalar üzrə vahid bəyannamə (hesabat) forması və tərtib edilməsi Qaydası;

  • “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulmalar üzrə vahid bəyannaməyə (hesabata) Əlavə №1” (İşçilər (sığortalananlar) barədə məlumat) forması və tərtib edilməsi” Qaydası.

Bəyannamə (hesabat) formaları və doldurulma qaydaları ilə aşağıdakı link vasitəsilə tanış olmaq mümkündür:

https://www.taxes.gov.az/az/page/beyanname-erize-formalari-arayis-hesabat-ve-qerarlar

VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir? VergiHüquqi şəxsin ləğv edilməsi prosesi necə həyata keçirilir? VergiƏlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir? VergiVergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər? Vergiİxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu? VergiBir neçə il istifadə edilməmiş məzuniyyətin kompensasiyası necə hesablanıb ödənilməlidir? VergiBərbər kimi işləmək istəyən fiziki şəxsin hansı öhdəlikləri yaranır? VergiÖzəl sektorda çalışan işçinin gəlirləri hansı qaydada vergiyə cəlb olunur? VergiAnalıq məzuniyyətində olan valideyn himayədə olan şəxs hesab edilirmi? VergiVÖEN-i necə dayandırmaq olar?