12 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Vergi testləri YENİ

vergiler.az” oxucuların vergi sahəsinə dair biliklərini yoxlaması və möhkəmləndirməsinə xidmət edən yeni testləri təqdim edir.

1. Əsas iş yeri sayılan özəl təhsil müəssisəsində çalışan fiziki şəxsin 2023-cü ilin fevral ayında muzdlu işlə əlaqədar gəlirindən 325 manat vergi tutulmuşdur. Fiziki şəxsin Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanı olduğunu nəzərə alaraq, muzdlu işlə əlaqədar hesablanmış gəlirin məbləğini müəyyənləşdirin.

A) 4821,50

B) 10721 manat

C) 5221,43 manat

D) 10321,43 manat

2. Gəlir və xərclərinin uçotunu kassa metodu ilə aparan ƏDV ödəyicisi olan müəssisənin hesabat dövründə ƏDV-yə 18% dərəcə ilə cəlb olunan əməliyyatları 52000 manat, 0 (sıfır) dərəcəsi ilə cəlb olunan əməliyyatları 14000 manat, ƏDV-dən azad olunan əməliyyatları isə 18000 manat olmuşdur. Müəssisənin keçən hesabat dövründə vergiyə 18% dərəcə ilə cəlb edilməklə təqdim etdiyi 9000 manat dəyəri olan malların 3200 manat dəyərində olan hissəsi cari hesabat dövründə qaytarılmışdır. Müəssisə cari hesabat dövründə 7000 manat dəyərində mal idxal etmiş, digər şəxslərdən nağdsız qaydada aparılan ödəmələr üzrə (ƏDV-ni depozit hesabına köçürməklə) 21000 manatlıq xammal və material almışdır. Qeyd olunan əməliyyatların aparılması üçün alınmış malların (işlərin/xidmətlərin) uçotu ayrıca aparılmamışdır. Qeyd olunan məbləğlərə ƏDV daxil deyil. Müəssisənin hesabat dövründə büdcəyə ödəməli olduğu ƏDV-nin məbləğini hesablayın.

A) 2484,0 manat

B) 4284,0 manat

C) 4824,0 manat

D) 4248,0 manat

3. Sadələşdirilmiş verginin ödəyicisi olan müəssisənin əsas vəsaitlərinin 2022-ci ilin əvvəlinə qalıq dəyərinin 50000 manat (o cümlədən nəqliyyat vasitəsi 15000 manat), ilin sonuna qalıq dəyərinin isə 45000 manat (o cümlədən nəqliyyat vasitəsi 13000 manat) olduğunu nəzərə alaraq illik əmlak vergisinin məbləğini hesablayın. Müəssisə kiçik sahibkarlıq subyektidir.

A) 475 manat

B) 335 manat

C) 140 manat

D) vergi ödənilmir

4. Fiziki şəxs Gəncə şəhərində yerləşən və ümumi sahəsi 10 sot olan ticarət təyinatlı torpaq sahəsini təqdim edərsə, fiziki şəxsin gəlirindən ödəmə mənbəyində tutulan sadələşdirilmiş verginin məbləğini hesablayın.

A) 975 manat

B) 750 manat

C) 650 manat

D 500 manat

5. Fərdi sahibkar olan rezident fiziki şəxsin xüsusi mülkiyyətində mühərrikinin həcmi 4500 kubsantimetr, bazar qiyməti isə 70000 manat olan su nəqliyyatı vasitəsinə görə ödəməli olduğu illik əmlak vergisinin məbləğini hesablayın.

A) 700 manat

B) 900 manat

C) 450 manat

D) 300 manat

Tərtib etdi: Azərbaycan Respublikasının Auditorlar Palatasının üzvü, sərbəst auditor Elşad Hacaliyev

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?