7 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Nəzarət olunan xarici müəssisə haqqında arayışın vergi orqanına təqdim edilmə qaydası dəyişdirilib

Nəzarət olunan xarici müəssisə haqqında arayışın vergi orqanına təqdim edilmə qaydası dəyişdirilib VİDEO

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Kollegiyasının 28 iyul 2023-cü il tarixli qərarına əsasən “Nəzarət olunan xarici müəssisə haqqında arayışın rezident fiziki və hüquqi şəxslər tərəfindən vergi orqanına təqdim edilmə forması və qaydası”nın təsdiq edilməsi haqqında” Qərara dəyişiklik edilib.

Qaydalara “Nəzarət olunan xarici müəssisənin mənfəətinin Azərbaycan Respublikasının rezidenti hesab edilən şəxsin vergi tutulan gəlirlərinə daxil edilməsi” ilə bağlı müddəa əlavə edilib. Belə ki, müəyyən edilmiş yeni qaydalara əsasən, Azərbaycan Respublikasının rezidenti hesab edilən şəxsin vergi tutulan gəliri nəzarət olunan xarici müəssisənin gəlir və xərclərini nəzərə alaraq həmin müəssisədəki payının ümumi paydakı xüsusi çəkisinə (faiz nisbətinə) əsasən hesablanır. Həmçinin, nəzarət olunan xarici müəssisənin rezidenti olduğu ölkələrdə və ya ərazilərdə ödənilən mənfəət (gəlir) vergisi Azərbaycan Respublikasının rezidenti hesab edilən şəxsin nəzarət olunan müəssisədəki payının ümumi paydakı xüsusi çəkisinə (faiz nisbətinə) uyğun olaraq Azərbaycan Respublikasında ödənilməli olan mənfəət (gəlir) vergisindən çıxılır.

Bununla yanaşı, qaydalara “Arayışın təqdim edilmə qaydası və həmin arayışa əlavə edilən sənədlər”, “Valyutanın konvertasiyası”, “Məlumatların məxfiliyi”, “Məlumat mübadiləsinin aparılması”, “Mübahisələrin həlli” maddələri əlavə edilib.

Vergi ödəyiciləri dəyişikliklər barədə daha ətraflı məlumatı Dövlət Vergi Xidmətinin rəsmi saytından əldə edə bilərlər.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?