3 Mart 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Mikayıl Cabbarov: "Haqsız rəqabət və qanunvericiliyin pozulması hesabına vergilərin ödənilməməsi siyasətini dəstəkləmirik"

"Hesab edirəm ki, Azərbaycanda aparılan bir sıra islahatların nəticələri müsbətdir. Bu, xüsusən də vergi yoxlamalarının və vergi yükünün azaldılmasında özünü göstərir". Bu fikirləri Avropa İttifaqı - Azərbaycan biznes forumunda çıxış edən Vergilər naziri Mikayıl Cabbarov deyib. Nazir əlavə edib ki, vergi yoxlamalarının və vergi yükünün azaldılmasına baxmayaraq, vergi daxilolmaları artıb: "Biz bu tendensiyanı 5 ayda qoruyub-saxlamışıq. Bunlar daha çox yoxlamalar və sanksiyalar hesabına deyil, könüllü əməletmə hesabına olub. Vergi daxilolmalarının artımı 92 faiz könüllü əməletmə hesabına baş verib".

M.Cabbarov qeyd edib ki, 2020-ci ildə də Vergi Məcəlləsində bir sıra dəyişikliklər gözlənilir: "Bu dəyişikliklər ötən illər müzakirə apardığımız və növbəti ilə nəzərdə tutduğumuz dəyişikliklərdir. Bunlar əsasən texniki dəyişikliklərdir".

Nazir, həmçinin, qeyri-şəffaf rəqabətin mövcudluğunun vergi daxilolmalarına mənfi təsir etdiyini vurğulayıb: "2018-ci ili keçid ili elan etmişdik. Artıq 2019-cu ilin birinci yarısı sona çatır. Onu demək istəyirəm ki, vergi qanunvericiliyi üzrə pozuntularla bağlı Vergilər Nazirliyinin mövqeyində sərtləşmə olacaq. Haqsız rəqabət və qanunvericiliyin pozulması hesabına vergilərin ödənilməməsi siyasətini biz dəstəkləmirik. İyunun 1-nə olan məlumata görə, son 5 ay ərzində qeyri-neft sektorunun özəl bölməsində 66 mindən çox yeni əmək müqaviləsi qeydiyyata alınıb. Ötən il isə bu rəqəm 96 min olub. Bu, 70 faizdən çox artım deməkdir".

VergiHansı halda mikro sahibkar 75%-lik vergi güzəştindən yararlana bilməz? Vergiİxtisara düşən işçiyə ödənilən müavinətdən vergi tutulurmu? Vergiİşçinin vəfatı ilə əlaqədar onun vərəsələrinə ödənilən müavinətdən vergi və sosial ödənişlər tutulurmu? VergiPay torpağına görə nə qədər sosial ödəniş edilməlidir? Vergiİlin sonunda alınan əsas vəsaitə amortizasiya xərci hesablamaq olarmı? VergiKriptovalyuta alğı-satqısı ilə məşğul olan fiziki şəxsin vergi öhdəliyi Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu? VergiVergi ödəyicisi eyni vaxtda bir neçə güzəştdən yararlana bilərmi? Vergiİstifadə olunmayan əsas vəsaitlərə görə əmlak vergisi hesablanmalıdırmı? VergiPOS-terminal quraşdırmaq üçün nə etmək lazımdır?