14 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Dövlət Vergi Xidmətinin saytı informasiya açıqlığına görə 1-ci yeri tutub

Mərkəzi icra orqanlarının rəsmi saytlarının informasiya açıqlığı baxımından dəyərləndirilməsi nəticəsində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin saytı (www.taxes.gov.az) 89.83%-lə ilk yeri tutub. Bu, “Dövlət Qurumlarında İnformasiya Şəffaflığının Ölçülməsi” Təşəbbüsünün yekun hesabatında əks olunub.

Dövlət qurumlarında informasiya şəffaflığının ölçülməsi ardıcıl olaraq bir neçə ildir aparılır. Təqdim olunmuş hesabat 2023-cü ilin yanvar-mart aylarında həyata keçirilib və 2022-ci ilin vəziyyətini əks etdirir. Bu il "Dövlət Qurumlarında Informasiya Şəffaflığının Ölçülməsi" Təşəbbüsü çərçivəsində 14 dövlət qurumu, 17 nazirlik, 7 komitə, 19 Dövlət Xidməti, 30 agentlik, 20 Açıq Səhmdar Cəmiyyəti (ASC) va Qapalı Səhmdar Cəmiyyəti (OSC), 28 fond, idarə, mərkəz, MMC-lər, 16 şirkət, komissiya, institutlar və digər qurumların saytları monitorinq olunub. Ümumilikdə, mövcud qanunvericiliyə əsasən, informasiya sahibi rolunda mövcud olan 151 dövlət qurumu və hüquqi şəxslərin rəsmi saytı monitorinqə cəlb edilib.

Dövlət qurumlarının informasiya resurslarının "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunluğu, rəsmi internet resurslarının informasiya açıqlığının vəziyyəti müxtəlif metodlarla monitorinq edilib. Bu zaman, xüsusilə Qanunun 29-cu maddəsinə uyğun olaraq, açıqlanması zəruri olan informasiyaların açıqlıq vəziyyəti öyrənilib.

Mərkəzi icra hakimiyyəti orqanlarının rəsmi internet saytlarının onlayn şəffaflıq vəziyyəti 13 parametr və 59 qiymətləndirici meyar üzrə analiz olunub. Dövlət qurumlarının rəsmi internet resurslarında onlayn şəffaflıq vəziyyətini ölçmək üçün rəsmi saytlarda yerləşdirilən 8.968 informasiya blokunun hər biri fərdi analiz edilib. Bununla yanaşı, dövlət qurumlarının dövlət xidmətləri ilə bağlı vahid məlumat portalına (https://www.dxr.az) inteqrasiyasının real vəziyyəti araşdırılıb, həmçinin, dövlət qurumlarının göstərdiyi elektron xidmətlərin https://www.egov.az vəziyyəti təhlil edilib.

İnformasiyaların və xidmətlərin kəmiyyət və keyfiyyət cəhətdən hərtərəfli analiz edilməsi məqsədilə 10.562 bloka giriş edilib. Monitorinqin nəticələrinə görə, mərkəzi icra orqanlarının informasiya açıqlığı baxımından 89.83%-lə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (www.taxes.gov.az) ilk yeri tutub. Monitorinqə cəlb edilən 151 mərkəzi icra hakimiyyəti orqanının saytları arasında yalnız 64 sayt 50%-dən çox nəticə göstərib. İlk onluqda olan dövlət qurumlarının informasiya açıqlığı 81.43%-dir.

Qeyd edilməlidir ki, mərkəzi icra orqanlarının rəsmi internet resurslarının informasiya açıqlığının müəyyən edilməsi üçün nəzərdə tutulan parametrlərə uyğun olaraq, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin saytı (www.taxes.gov.az) Dövlət Xidmətləri arasında da ilk yerdədir.

VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu?